Romao Qarabağ üçün, “Qarabağ” da onun özü üçün vacib rol oynayırdı
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Santa-Klara"nın məşqçisi Danildo Assioli Sportal.az saytına açıqlama verib. Azərbaycanda, “İnter”də(indiki "Şamaxı") 5 ilə yaxın çıxış etmiş braziliyalı “Qarabağ”dan “Ferentsvaroş”a keçən Julio Romao haqda danışıb.
“Santa-Klara”da Romaonun məşqçisi olmuş və yarımmüdafiəçini yaxşı tanıyan Assiolu onun “Qarabağ”dan gedişini belə şərh edib:
"Romao ilə tez-tez danışırıq, söhbətləşirik. Buna baxmayaraq, “Qarabağ”dan “Ferentsvaroş”a transferi məni təəccübləndirdi. Julio karyerasında yaxşı anlar yaşayır, indi stabil və daha yetkindir. Qurban Qurbanov mütləq onun gedişinə çarə tapacaq. Mən Romaonun potensialına həqiqətən inanıram. Çox universaldır, aqressivdir, qərar qəbul etməkdə təmkinlidir. “Qarabağ” Romaonun inkişafı mühüm mərhələ oldu. İnanıram ki, o, daha yüksək səviyyələrə də daha çox hazırdır".
Assioli, Romaonun “Ferentsvaroş”dan sonra daha böyük klublara keçə biləcəyinin mümkün olduğunu bildirib: "Romao “Qarabağ” üçün, “Qarabağ” da onun özü üçün vacib rol oynayırdı. Bunlar futbolun bir parçası olan məqamlardır. İndi o, başqa kontekstlərdə öz töhfəsini verəcək. Onu deyə bilərəm ki, Xulio “Qarabağ”da çox xoşbəxt idi və gözəl hekayə yaratmışdı".
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 10 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















