“Qarabağ” iddiasını artırır Klub rəhbərliyinin möhtəşəm planı
Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Növbəti dəfə çempionluqa inamla addımlayan “Qarabağ” yeni mövsümə daha da iddialı gəlir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “köhlən atlar” 2025/2026 mövsümünə daha ciddi hazırlaşır. Heyətini genişləndirmək istəyən Ağdam klubu bu səbəbdən yay transfer pəncərəsində azı 4 transfer etməyi planlaşdrır.
Klub rəhbərliyi Quban Qurbanovun verəcəyi qərarları tam dəstəkəyir və ondan transfer siyahısını gözləyir.
Ağdam klubunun transfer büdcəsi ötən illərdəkindən fərqli olaraq bu dəfə azı 2 milyon artırılacaq. Təbbi ki, komanda bir neçə futbolçunun satışından da pul qazanacaq. Məhz bundan sonra satışdan əldə olunacaq gəlir sponsorun ayıracağı 2 milyon manat vəsaitin üzərinə qoyulacaq və yay transferində yeni oyunçuların alınmasına sərf ediləcək.
“Qarabağ” rəhbərliyinin belə bir addım atmasına başlıca səbəb avrokuboklarda daha da iddialı olmaqdı. Artıq Ağdam təmsilçisi bu səbəbdən transfer çalışmalarını sürətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 25 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















