Icma.az
close
up
RU
Tarix yazmaqdan yorulmayan klub Qarabağ

Tarix yazmaqdan yorulmayan klub Qarabağ

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Anar Həsənov yazır...

"Qarabağ" yenidən adını Azərbaycan futbol tarixinə qızıl hərflərlə yazdırdı. Bu dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə, yeni formatda liqa raunduna yüksələrək. Bu, klub tarixində ikinci belə uğurdur. Amma məsələ təkcə nəticədə deyil - bu yolun ardında dayanan iradə, sabitlik və illərlə formalaşmış futbol fəlsəfəsindədir.

2017-ci ildə qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi "Qarabağ" artıq özünü Avropa futbol xəritəsində təsdiqləmişdi. O vaxt "Atletiko Madrid"ə qarşı əldə olunan heç-heçələr ölkə futbolunun yaddaşına qızıl hərflərlə yazıldı. İndi isə yeni dövr başlayır. Çempionlar Liqasının formatı dəyişib, rəqabət daha çətinləşib, amma "Qarabağ" da inkişaf edib, rəqbilərinə macal vermir.

Bu isə təsadüf deyil

Qurban Qurbanovun rəhbərliyi altında komanda illərlə ölkə çempionatında hegemonluq qurdu. Amma ən əsası - bu hegemonluq yalnız daxildə deyil, Avropada da öz təsirini göstərdi. Hər mövsüm təsnifatlarda ardıcıl uğurlar, sabit oyun üslubu və güclü kollektiv ruhu "Qarabağ"ı hazırkı mərhələyə gətirdi.

Bakıdakı avrokubok axşamlarının ab-havasını hamımız bilirik. Tofiq Bəhramov stadionunda minlərlə azarkeşin yaratdığı enerji, futbolçuların gözündəki inam və Qurban Qurbanovun səngər kimi möhkəm duruşu. İndi bu enerji daha çox lazım olacaq. Çünki yeni formatda 36 komanda arasında hər xalın dəyəri qızıldan da qiymətlidir. İlk 24-lük real hədəfdir və "Qarabağ" buna gücü çatacaq komandalardandır.

Amma məncə, "Qarabağ"ın uğuru təkcə turnir cədvəlinin harasında dayandığı ilə ölçülməməlidir. Bu komanda Azərbaycan futboluna nümunə olan klub modelini, idarəçilik sistemini, sabit məşqçi korpusunu və futbol fəlsəfəsini illərlə qoruya bilib. Bizim futbolumuz üçün ən böyük dərs də budur - davamlılıq və ardıcıllıq.

Bəli, "Qarabağ" ikinci dəfə Çempionlar Liqasındadır. Amma, əslində, bu klub illərdir ki, Azərbaycan futbolunu Avropada təmsil edir. İndi isə qarşıda daha böyük sınaq var - öz sözünü yalnız meydanda deyil, tarixdə də qalıcı etmək. Uğurlar "Qarabağ", uğurlar Qurban Qurbanov!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri