Icma.az
close
up
RU
Qarabağ İlham Əliyevin və ona etimad göstərən xalqımızın şah əsəridir

Qarabağ İlham Əliyevin və ona etimad göstərən xalqımızın şah əsəridir

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Adam bioloji varlıqdır hər kəs adam ola bilər, amma insan olmaq çətindir. Niyə? Çünki insan olmaq üçün mənəvi, əxlaqi və ruhi kamilliyə malik olmalısan. Başqa sözlə, insanı adamdan fərqləndirən onun daxili aləmidir. Bonapart, səhv etmirəmsə, belə bir ifadə işlədib: “Cahil insanın kamil insandan bir üstünlüyü var cahil həmişə özündən məmnun olur.” Lakin kiminsə özünə qarşı məmnunluğunu qazana bilməyən adamlar da həyatda var və olacaq. Bu tip insanlar niyə belə formalaşır? Çünki onların daxilində qeyri-müəyyənliklər var özlərinə tam inanmır, başqalarına güvənmirlər. Nəticədə uğursuzluq kompleksi yaşayırlar. Uğursuzluq kompleksi yaşayanlar isə öz daxili natamamlıqları səbəbindən başqalarının heç bir uğurunu qəbul edə bilmirlər. İki siyasətçi qardaş birgə Qarabağa səfər edir. Hərəsi tamamilə fərqli mövqe sərgiləyir bu isə uğursuzluq kompleksinin bariz nümunəsidir. Arif bəy “Qarabağla yüksəldik” ifadəsini işlədərkən, qardaşı Mustafa bəy isə bunun əksinə, görülən bütün işləri kiçildərək bərpa və yenidənqurma proseslərini tənqid edib.
İlk baxışdan bu, normal görünə bilər iki fərqli insan, demokratik cəmiyyət, söz azadlığı. Lakin Qarabağın azadlığı iki əsrdən çoxdur yaşadığımız siyasi reallıqları tamamilə dəyişdi. Biz milli kimliyimizi, milli qürurumuzu, siyasi simamızı dünyaya göstərdik. Bu millət, bu dövlət, bu xalq qüdrətlidir, güclüdür, birdir, həmrəydir, mükəmməldir və müdrikdir. Lakin milli birliyin və milli iradənin formalaşması, möhkəmlənməsi prosesində yalnız maneçilik törətməyə çalışanların belə səfərlərdə, ictimai təqdimatlarda qüsurlu yanaşmaları bir daha onların yanlış düşüncəyə sahib olduqlarının göstəricisidir.
Qarabağda qısa zamanda həyata keçirilən böyük quruculuq işləri təhlükəsiz və yeni həyata adaptasiya dövründə bu cür münasibətlərin nümayişi, orada yaşayan insanların illər əvvəl yaşadıqları psixoloji travmaları yenidən xatırlatmağa xidmət edir. Bu qüsurlu, həm də ədəbsiz yanaşmalara son qoymaq lazımdır.
Orada tikilən hava limanlarını, yeni şəhərləri, yaradılan iqtisadi zonaların infrastruktur layihələrini görməzdən gəlmək qərəzli yanaşmaqdır, bu isə milli ideologiyamıza xəyanətdir. Vandallar tərəfindən darmadağın edilən, illərlə viran qoyulan torpaqların qısa zaman ərzində sürətlə bərpa olunması “Böyük Qayıdış” planına uyğun həyata keçirilir. Bu prosesdə əsas olan insanlarımızın yanında olun, onlara mənəvi dəstək verin, qərəz və böhtanla ürək bulandırmayın.
Qarabağ — İlham Əliyevin və ona etimad göstərən xalqımızın şah əsəridir. Bu, mərdliyin, qətiyyətin və milli iradənin əsəridir.
Ramil Hüseynov "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri