Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Qarabağ ilk növbədə müdafiədəki problemlərini həll etməlidir

Qarabağ ilk növbədə müdafiədəki problemlərini həll etməlidir

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

""Qarabağ"ın dünənki oyunu kənardan sönük kimi görünsə də, əslində dominant futbol nümunəsi idi. Çünki "Qarabağ" oyunun demək olar ki, bütün hissəsində, bütünlüklə topu özündə saxladı, hücum eləyən tərəf oldu, üstün olan tərəf oldu və epizodları ancaq "Qarabağ" yaratdı. Bir epizodu çıxmaq şərti ilə rəqibin çərçivəyə gedən zərbəsi olmadı. Ümumiyyətlə rəqib "Şelburn" iki matç ərzində, yəni 180 dəqiqə ərzində çərçivəyə cəmi bir zərbə vurmuşdu və onda da Koxalski dəqiqə oynayaraq topu çıxarda bildi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında  idman jurnalisti, ekspert Kənan Məstəliyev UEFA Çempionlar Liqası çərçivəsində "Qarabağ" - "Şelburn" oyununun nəticəsindən danışarkən bildirdi.

Onun fikrincə, "Qarabağ" daha yaxşı komandadır, daha yaxşı ifaçılardan qurulmuş komandadır:

"Sadəcə dünənki matçın nisbətən sönük görünməsinin səbəbi komandanın təlim-məşq toplanışından təzə çıxmasıdır, müəyyən fiziki yükləmələrin çox olmasıdır. Ona görə də Qurban Qurbanovun yetirmələri çox da enerji sərf etməyərək bu qələbə qazanmağı qarşılarına qoymuşdu. Plan işlədi. Həm qol vuruldu, qələbə qazanıldı, reytinqə xal gəldi. Eyni zamanda zədə olmadı. Əsas oyunçular zədələnmədi, sarı vərəqə problemi olmadı. Yəni ki, növbəti oyunlarda oyunu buraxan futbolçumuz olmayacaq. Eyni zamanda taktiki gedişlər elədi. Məsələn, baş məşqçi Adaini bir neçə mövqedə oynatdı. Bununla yanaşı yeni transfer olunmuş futbolçuları iş başında görə bildik. Təxminən 20 dəqiqə ərzində onların potensialları nədən ibarət olduğunu görə bildik".

Müsahibimiz hesab edir ki, komandanın əsas heyət oyunçularının oynaması həm də komandanın qısa müddətdə formaya salmaq baxımından yaxşı idi:

"Yəni bu da yaxşı şansdır, "Qarabağ" ondan da istifadə elədi. Ümumilikdə dünənki qarşılaşmanı "Qarabağ" üçün səmərəli, yaxşı bir qələbə kimi hesab eləmək olar. Həm də bu qələbə ilə daha bir böyük tarix yazıldı. Əslində, biz bunu unuduruq. Çünki "Qarabağ" ardıcıl 12-ci dəfə qruplara - artıq indi liqa mərhələsi deyilir ona - vəsiqə qazandı və biz artıq ardıcıl 12-ci ildə də payızda Avropa futbolunu izləmək imkanımız olacaq. Bu baxımdan "Qarabağ"ı təbrik eləmək olar və onlara təşəkkür eləmək olar. Çünki uzun illərdir bizi bu baxımdan sevindirirlər. Bu da böyük bir işin, böyük bir əməyin, zəhmətin nəticəsidir.

Boşluqlar da var, problemli mövqelərimiz də var. Yəni oyunumuzda problemlər də var. Biz bunu bu hər iki maçda da görə bildik. Çünki indi "Şelburn" o qədər də güclü komanda deyildi və "Qarabağ" onu rahatlıqla keçə bildi. Amma bundan sonrakı mərhələdəki bütün rəqiblər daha güclü, daha sərt komandalar olacaq və elə "Şkendiya" da bunlardan biridir. Düzdür, onlar "Styaua" ilə hər iki oyunda üstün tərəf deyildilər. Bir qədər bəxtləri də gətirdi. Rumınlar əllərinə düşən imkanlardan yararlansaydılar biz artıq məhz rumınlara rəqib olardıq. Amma  "Şkendiya" o qədər də qorxulası rəqib deyil. "Qarabağ"ın dişinə görə rəqibdir. "Qarabağ" ilk növbədə müdafiədəki problemlərini həll eləməlidir. Çünki biz müdafiənin mərkəzində futbolçular transfer eləməyimizə baxmayaraq yenə də müdafiənin mərkəzində problemlərimiz var. Bu məsələ həll olunmalıdır".

Ekspert qeyd etdi ki, eyni zamanda hücum xəttində sayca problemimiz var:

"Ən azından bir mərkəz hücumçusunun alınması mütləqdir. Yəni bu elə bir şeydir ki, bunsuz alınmayacaq. Biz "Şelburn"u cəmi iki mərkəz hücumçusu ilə keçə bilirik. Amma bundan sonrası alternativlərimiz olmalıdır.

Klub rəhbərliyi də bu yeni transferlərin olacağı mesajını verdi. Bu yaxşıdır və düşünürəm ki, əgər transferlər vaxtında gələrsə və uyğunlaşma problemi olmazsa, uyğunlaşma daha qısa müddətdə keçərsə, "Qarabağ"ın bu il hətta Çempionlar Liqasının liqa mərhələsinə, yəni köhnə qrup mərhələsinə düşmə şansları da az deyil", - deyə Kənan Məstəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri