Icma.az
close
up
RU
Paşinyan Qarabağ hərəkatının fəaliyyətini qadağan etməlidir

Paşinyan Qarabağ hərəkatının fəaliyyətini qadağan etməlidir

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanda müxalifətdə qarşı əməliyyat başladılıb. "Ana Ermənistan" müxalifət blokunun 12 tərəfdarı saxlanılıb. Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisi və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarına görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçki zamanı xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri başlanılıb.

Eyni zamanda iki deputatın-Ovik Ağazaryan və "Mənim şərəfim var" müxalifət fraksiyasından olan deputat Taron Markaryanın toxunulmazlıığı ləğv edilib. Ermənistan parlamentinin deputatları öz həmkarları barədə cinayət işinə başlanılması ilə əlaqədar səs veriblər.  

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyanın parlamentdəki son çıxışı radikal müxalifətə qarşı ciddi tədbirlərin görüləcəyinə işarə ola bilər:

"Paşinyan keçmiş 3 prezident – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı hədələyərək, “mənim əsəblərimlə oynamayın, Sizi divara çırparam” kimi ifadələr işlətdi. Paşinyanı əsəbiləşdirən o olub ki, keçmiş prezidentlər İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə baş naziri ittiham edirlər. Halbuki, Azərbaycan torpaqlarının işğalında və bununla qonşu dövlətlərlə düşmənçilik toxumunun səpilməsində Paşinyandan əvvəl məhz həmin prezidentlər rol oynayıblar. Ermənistanın gələcək müharibədə məğlub olacağı elə həmin dövrdən bəlliydi. Çünki, Azərbaycan heç zaman işğalla barışmayacaq və ordusunu gücləndirdikdən sonra torpaqlarını azad edəcəkdi.

Paşinyanın martın 26-da parlamentdə çıxışı zamanı “Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olur” ifadəsi də müxaifətə işarədir. Baş nazir bu açıqlamanı verərkən ölkəsinin üzləşə biləcəyi təhlükəyə işarə edib. “Qarabağ hərəkatı davam etməməlidir” deyən Paşinyan parlamentdəki müxalifət təmsilçilərindən fərqli olaraq anlayır ki, bu “hərəkatın” davamı Azərbaycanla sülhə əsas əngəllərdən biridir".

Politoloq vurğulayıb ki, sülh sazişi ilə “Qarabağ hərəkatı” bir araya sığmır:

"Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra qonşu ölkədə “Qarabağ hərəkatı” fəaliyyətini davam etdirərsə, bu həmin sənədin əhəmiyyətsiz olacağına dəlalət edəcək. Belə çıxacaq ki, Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, digər tərəfdən qonşu dövlətdə ölkəmizin ərazisinə iddia edən “hərəkat” fəaliyyətini davam etdirəcək. Bu qarşıdurmanın davamı demək olacaq. Bunu anlayan və Azərbaycanla yeni müharibədən qorxan Paşinyan müxalifətin müavimətinə baxmayaraq “Qarabağ hərəkatının” fəaliyyətini qadağan etməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Mart 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri