Icma.az
close
up
RU
Qarabağ ın 6 dəqiqəyə iki top buraxmasının səbəbi bilindi

Qarabağ ın 6 dəqiqəyə iki top buraxmasının səbəbi bilindi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ" dünən "Newcastle United" ilə keçirilən oyunda 2-3 hesabı ilə məğlub oldu. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi. Tərəflər ümumilikdə beş qol vurub. Matç azarkeşlərin marağına səbəb olub. Bəs məğlubiyyətin arxasında hansı səbəblər dayanır?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında tanınmış idman jurnalisti, “Rekord.az” saytının baş redaktoru Kənan Məstəliyev deyib ki, Qarabağın məğlubiyyətinin əsas səbəbi rəqibin gücüdür:
"Burada hər hansı taktiki dəyişikliklər və futbolçuların performansı haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki rəqib həqiqətən güclüdür. Rəqib öz meydanında oynayırdı, birinci qarşılaşmada böyük hesabla qalib gəlmişdi. Həm psixoloji, həm fiziki, həm də atletik üstünlük onların tərəfində idi. Güclü oyun sisteminə malik idilər. Rəqibin heyəti çox güclüdür, çox yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Heyətin dəyəri 750 milyon avro civarındadır. Fantastik komandadır və bu komandaya qarşı, xüsusilə də birinci qarşılaşmadan sonrakı nəticədən sonra, ancaq bu formada mübarizə aparmaq olardı".
O deyib ki, ehtiyatlı oynamaq, müdafiədə etibarlı olmaq ilkin plan olmalı idi və Qurban Qurbanov da məhz bu planı seçdi. 
"Çox nadir hallarda müraciət olunan 5-4-1 sistemi ilə oynadı. Təəssüf ki, rəqibin yüksək pressinqi ilk 6 dəqiqədə nəticəsini verdi və 2 qol vurdular. Amma bundan sonra böyük hesablı məğlubiyyətin qeydə alınacağını gözləsək də, komanda özünü çox qısa müddətdə toparlaya bildi və 14 dəqiqə sonra hesabı bərabərləşdirə bildi. Üç-iki hesabı ilə məğlub olduq, amma Nyukasl səfərində iki qol vurmaq, hətta bərabərlik əldə etmək şansımızın olması özü bir nailiyyətdir.
Mən düşünürəm ki, ingilis nəhənginə qarşı bu formada oynamaq özü də böyük təcrübədir və bacarıqdır. Məğlub olmalarına baxmayaraq, Qarabağ futbol klubuna təşəkkür düşür. Çünki klub bu mövsüm Azərbaycan futbol tarixinin ən böyük uğuruna imza atıb.
Avropa Liqasında ilk dəfə biz liqa mərhələsinə yüksələrək pley-offa çıxmışıq. Bu, hazırda bizim maksimumumuzdur. Bundan artığını gözləmək də doğru olmaz", - deyə ekspert bildirib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri