Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Qarabağ ın o 6 futbolçusu...

Qarabağ ın o 6 futbolçusu...

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbolçunu futbolçu edən kimdir? Bəs, komandanı komanda? Təkcə məşqçimi, yoxsa böyük pullarmı? Bəlkə İsveçrə dağlarının ətəyindəki gözəl yaşıllıqlara oxşayan məşq meydanları, stadionlardır futbolçunu futbolçu, komandanı da komanda edən?
"Qarabağ"ın "Benfika"ya qarşı tarixi Çempionlar Liqası matçında Qurban Qurbanovun meydana buraxdığı ilk 11-likdəki oyunçulardan 6 nəfərinə xüsusi diqqət çəkmək istəyirəm. O səbəbdən ki, bu legionerlər Azərbaycana gələnə qədər məhz Portuqaliyada oynamış futbolçular idi. Həm də "Benfika"nın yarışdığı Premyer Liqada da yox, 2-ci liqada.

6 nəfər əsas heyətin yarıdan çoxu deməkdir!

Yəqin ki, həmin o 6 nəfərin hər biri üçün bir Portuqaliya klubunun heyətində "Benfika" kimi tarixi ənənəsi olan komandaya oynamaq böyük xəyal olub. Amma taleyin futbol təzadına bax ki, bu xəyalı gerçəkləşdirən Portuqaliya klubu və portuqaliyalı məşqçi yox, bir Azərbaycan klubu, azərbaycanlı məşqçi oldu. Kimdir həmin oyunçular?

Kevin Medinadır. 

Leandro Andradedir. 

Kadidir ("Qarabağ"a ilk transferi vaxtı). 

Mateus Silvadır ("Qarabağ"a qədərki 1 illik Bolqarıstan karyerasını saymasaq).

Pedro Bikalyodur.

Kamilo Durandır.

Pedro Bikalyonun heç ağlına gələrdimi ki, indi "Benfika"ya qarşı matçın ən yaxşı oyunçusu məhz o özü olacaq?

Yaxud 23 yaşlı Kamilo Duran peşəkar futbolçu həyatında ilk dəfə məhz "Qarabağ"da Avropa kuboku oyununa çıxdı. 1 qol vurdu, 1 qolun da ötürməsini etdi. Həm də bu gün dünyadakı yüzminlərlə futbolçunun oynamaq arzusunda olduğu Çempionlar Liqası yarışında! Həm də "Benfika"ya. 

Yatsa, yuxusuna girərdimi görəsən?

Görün Leandro Andradedə artıq necə bir inam yaranıb ki, "Benfika" ilə oyundan əvvəl elə Portuqaliyanın mətbuatına cəsarətlə deyir: "Oyunda qol vuracağımı hiss edirəm". 

Kişi kimi çıxıb qolunu vurur. O qolun da səsi ta Atlantik okeanının qırağındakı Portuqaliyadan Xəzər dənizinin sahilindəki Azərbaycana qədər gəlib çıxır.

Kevin Medina bizim Bəhlulla birgə elə bil hərbi keçilməz istehkama çevrilib. Ötən mövsüm uğursuz oldu onun üçün. Sonra Qurban Qurbanov ona nə dedisə, necə qulaqburması verdisə, indi 32 yaşlı bu "tank" (ifadə "Qarabağ" azarkeşlərinə məxsusdur) sanki 10 yaş daha gəncləşib, yenidən dirilib: elə bil mərkəz müdafiəçisi deyil, çox vaxt gah yarımmüdafiəçi kimi qabağa şığıyır, gah da hücumçu kimi qol vurur.

Kadi necə ürək qoyur meydanda, necə kömək edir komandaya. Müdafiə, yarımmüdafiə ilə hücum xətti arasında möhkəm bir körpü olmağı bacarıb. Bir tərəfdən də özü qol vurmaq üçün xəsislik etmir. 

Mateus Silvanın "Qarabağ"a gələndən göstərdiyi əzmkarlığı, sabit oyununu, müdafiə bir yana, dayanmadan ön xəttə köməyini necə minnətdarlıqla vurğulamayasan?

Və bu 6 oyunçunun bəzisi illərdir, bəzisi də indi futbol arzularını reallaşdırır. 

Xəyalların gerçəkləşdiyi ünvandı "Qarabağ". 

Və təkcə bu 6 oyunçu üçün də deyil. Yankoviç (maestro), Zubir, Koxalski, Kaşuk, Addai. Və bizim öz azərbaycanlılarımız. Elvin, Bəhlul, Toral, Nəriman, Musa.... 

Hə, futbolçunu futbolçu edən kimdir?  Bəs, komandanı komanda? Təkcə məşqçimi, yoxsa böyük pullarmı? Bəlkə İsveçrə təbiəti gözəlliyindəki əla məşq meydanları, stadionlardır futbolçunu futbolçu, komandanı da komanda edən?

Ya bəlkə...

Yox! Bu dəfə bəlkəsiz, sualsız...

Futbolçu futbolçu edən Bakının Suraxanı qəsəbəsində oturub min kilometrlərlə uzaqdakə Portuqaliyanın Riu-Mayor adlı rayonunda oynayan Kadini, Portiman şəhərindəki Kamilo Duranı (və başqalarını) tapıb üzə çıxarmaq ustalığıdır. 

Çiçəyi burnunda olan futbolçuların gələn kimi doğmalaşıb uyğunlaşdığı 17 illik bir futbol sistemidir.

Təmkinlə o sistemi yaratmaq bacarığıdır.

Tənələrə, tənqidlərə səbrlə dözməkdir. 

Nəhəyət, Ağdamın "Qarabağ"ını bütün Azərbaycanın "Qarabağ"ına çevirmək və sevdirmək, dünyaya tanıtmaq məharətidir.

Sağ ol, Qurban Qurbanov!

Aydın Bağırov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri