Icma.az
close
up
RU
Qarabağ ın futbolçusu Udineze yə yollanacaq klublar arasında görüş olub

Qarabağ ın futbolçusu Udineze yə yollanacaq klublar arasında görüş olub

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Qarabağ"ın rəhbər şəxsi Tahir Gözəl ötən il media nümayəndələri ilə görüşündə uşaq futboluna diqqəti artıracaqlarına dair vəd vermişdi. Çox keçmədi ki, bu istiqamətdə ciddi işlər görülməyə başladı. Ölkəmizin tanınmış mütəxəssislərindən olan Aftandil Hacıyev koordinator vəzifəsinə, bu sahədə nəhəng təcrübəyə malik olan Nail Kərimov akademiyanın idarəçisi vəzifəsinə gətirildi.

Akademiyanın infrastruktur şəraiti yaxşılaşdırıldı, uşaqların qalması üçün mehmanxana ixtiyarlarına verildi, məşqçilərin maaşları artırıldı. Aftandil Hacıyev məşqçi işinə "Qarabağ"ın sabiq futbolçuları Rəşad Sadiqov, Rauf Əliyev, Maksim Medvedev kimi adları cəlb etdi.

Ən mühüm qərarlardan biri isə "Qarabağ"ın aşağı yaş qrupları üzrə komandalarının davamlı şəkildə xarici turnirlərdə iştirak etməsiylə bağlı oldu. İndi "Qarabağ"ın komandalarının sorağı tez-tez xarici ölkələrdən gəlir. Uşaqların erkən yaşlardan beynəlxalq təcrübəyə yiyələnməsi gələcəkləri üçün çox vacibdir. 

"Qarabağ"ın koordinatoru Aftandil Hacıyev istedadlı uşaqların xarici klubların akademiyalarına getməsi üçün də işlərin görüldüyünü deyib:

"Bir neçə futbolçunu Avropa klublarının akademiyalarında sınaqdan keçirmək haqda düşünürük. Artıq buna start da vermişik. İtaliyanın "Udineze" klubu ilə görüşümüz olub. Bu danışıqlara əsasən, bizim bir neçə futbolçumuz onların akademiyasında sınaqdan keçmək şansı qazanacaq. Artıq işlərə başlanılıb. Proses gedir. Skaut səviyyəsində çalışmalara start vermişik. Bəzi futbolçularımızın oyunundan videomateriallar göndərilib. Oradakı skautlar izləyirlər və bizə cavablarını deyirlər. Daha sonra vaxt təyin olunacaq ki, futbolçular ora getsinlər. Bu şəkildə bir neçə klubla da danışıqlarımız gedir". (qol.az)

Ötən mövsümün 2 gənc futbolçusunun - 15 yaşlı Amin Rzayev, 17 yaşlı Hikmət Cəbrayılzadənin "Qarabağ"ın əsas komandasında debüt etməsi cavanlar üçün stimuldur. Hamı anlayır ki, Qurban Qurbanovun bir gözü onların üstündədir. Seçilən biri olsa, əsas komandanın qapıları mütləq üzünə açılacaq. Yetər ki, istedadlar çıxsın üzə. 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 İyul 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri