Icma.az
close
up
RU
Qarabağ ın işi bir qədər çətinləşib Aslan Kərimov

Qarabağ ın işi bir qədər çətinləşib Aslan Kərimov

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika"nı səfərdə məğlub edən (3:2) "Qarabağ" qitənin ən mötəbər klub turnirində növbəti matçını evdə "Kopenhagen"ə qarşı keçirəcək. Lissabondakı qarşılaşmanın ilk 16 dəqiqəsində 0:2 hesabı ilə geri düşməsinə rəğmən, möhtəşəm geridönüşə imza atan Ağdam təmsilçisinin Danimarka komandasına qarşı matçda nə ilə yadda qalacağı böyük maraq doğurur. "Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımüdafiəçisiAslan Kərimov ilə əlaqə saxlayıb "Kopenhagen"lə oyundan nə gözlədiyini soruşduq.

Tanınmış futbol mütəxəssisinin Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ"ın işi bir qədər çətinləşib. Niyə? Təmsilçimiz səfərdə "Benfika"nı geridönüşlə məğlub edib. Təmsilçimiz rəqib meydanında sensasiyaya imza ataraq bütün dünyaya səs salıb. Portuqaliya təmsilçisi isə "Kopenhagen"dən üstün komanda sayılır. Tarixə nəzər yetirsək, əlbəttə ki, Danimarka komandası Avropa səhnəsində "Benfika" qədər uğurlu klub deyil. Azarkeşlərin gözündə isə "Benfika" ilə "Kopenhagen" arasında yerlə göy qədər fərq var. Şübhəsiz, məhz bu səbəbdən azarkeşlərin gözləntiləri də böyükdür. Amma reallıq budur ki, "Kopenhagen" də çox yaxşı kollektivdir. Məncə, bu rəqiblə oyunda topa daha çox "Qarabağ"da olacaq. "Qarabağ"ın dominantlıq edəcəyini gözləyiriksə, deməli, danimarkalıların əks-hücumları yetərincə təhlükəli alına bilər. "Kopenhagen"in Çempionlar Liqasının 1-ci turunda "Bayer Leverkuzen"ə qarşı keçirdiyi qarşılaşmada da (2:2) Almaniya komandası topa daha çox nəzarət edirdi. Lakin həmin oyunda Danimarka komandası həm hesabı açdı, həm də yaxaladığı fürsətlərdən maksimum faydalanmağı bacardı. 

Hə, təmsilçimizin rəqibinin zəif cəhətləri də var. "Qarabağ" "Kopenhagen"ı yüksək pressinqlə "sıxsa", müdafiədən oyun qurarkən səhvlərə yol verəcəklər. Belə anlarda topu ələ keçirsək, yüzfaizli qol vəziyyətləri yaradacağıq. Əminəm ki, Bakıdakı matçda bu cür epizodlar olacaq. Şanslar 50-nin 50-yədir. Söylədiyim kimi, rəqib müdafiədən oynaya, top daha çox "Qarabağ"da ola bilər. "Bayer"lə matçda belə oynamışdılar. Hərçənd təmsilçimizlə görüşə fərqli planla çıxmaları da mümkündür. Əsas olan "Qarabağ"ın qol epizodlarından hansı səviyyədə faydalanması və müdafiədə nə dərəcədə etibarlı oynamasıdır. Bu qarşılaşmada qələbə qazanmaq, Çempionlar Liqasının ilk iki oyunundan 6 xal toplamaq şansımız var".

Xatırladaq ki, "Qarabağ" - "Kopenhagen" qarşılaşması oktyabrın 1-də reallaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüşün start fiti 20:45-də səsləndiriləcək.

Nihat 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://fanat.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri