Qarabağ ın matçına təyinat alan rumıniyalı hakim daha əvvəl Qəbələ nin oyununu idarə edib
Report.az saytına istinadən Icma.az xəbər verir.
UEFA Avropa Liqasında "Qarabağ"ın Yunanıstanın "Olimpiakos" klubu ilə oyununa təyinat alan Radu Petresku daha əvvəl bir dəfə Azərbaycan təmsilçilərinin matçını idarə edib.
"Report"un məlumatına görə, 42 yaşlı ədalət təmsilçisi 2015-ci ildə Serbiyada "Çukariçki" və "Qəbələ" arasında keçirilmiş UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında iş başında olub.
2012-ci ildən beynəlxalq təyinat alan FIFA referisi meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada baş hakim kimi iştirak edib. O, sözügedən oyun zamanı "qırmızı-qaralar"dan Vitali Vernidub, Ürfan Abbasov, Rafael Santos, George Floresku və Cavid Hüseynovu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, Liqa mərhələsinin VIII turunda, yanvarın 30-da baş tutacaq "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 28 Yanvar 2025 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















