Elfsborq Qarabağ oyununun hakimi daha əvvəl Azərbaycan millisinin matçına təyinat alıb
Icma.az, Report.az saytına istinadən bildirir.
"Qarabağ"ın İsveçdə yerli "Elfsborq" komandası ilə UEFA Avropa Liqası matçını idarə edəcək Antoniu Nobre daha əvvəl Azərbaycanın U-21 millisinin oyununa təyinat alıb.
"Report"un məlumatına görə, 36 yaşlı referi 2019-cu ildə yığmanın səfərdə Fransanın U-21 kollektivi ilə Avropa çempionatının seçmə mərhələsindəki görüşündə iş başında olub.
Həmin ildən beynəlxalq qarşılaşmalara təyinat alan A.Nobre Azərbaycan komandasının 0:5 hesabı ilə uduzduğu matçı idarə edib. O, 30-cu dəqiqədə milli üzvü Nihad Tamazova sarı vərəqə göstərib.
UEFA portuqaliyalı baş hakimə cari mövsüm avrokuboklarda 3, Millətlər Liqasında 1 oyun həvalə edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Dekabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















