Qarabağ ın məşqçisi: “Məni Sabah ın stabil oynamaması düşündürür
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
"Çətin ola bilər, amma öhdəsindən gəlməyi bacarar".
Bunu İdman.biz-ə UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın Sloveniyanın "Selye"si qarşısında şanslarını dəyərləndirən "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov deyib.
Qurban Qurbanovun köməkçisi "bayquşlar"ın zəif nöqtələrini açıqlayıb: “Məni "Sabah"ın stabil oynamaması düşündürür. Rəqib "Barselona" deyil. Təmsilçimizin mərhələ adlaması çətin görünür, amma mümkünsüz deyil. "Sabah"ın hücum xətti güclüdür, lakin müdafiədə boşluqlar var".
Mütəxəssis Bakı təmsilçisinin sabiq baş məşqçisi Vasili Berezutskinin gedişinin komandaya təsirinə də toxunub: "Rusiyalı çalışdırıcı ilə yolların ayrılması Bakı təmsilçisinə çətinlik yarada bilər. Kollektiv ilə məşğul olmağa, futbolçuları oyuna hazırlamağa, heyəti yönəltməyə baş məşqçi lazımdır. Böyük ehtimalla oyun baş tutacağı tarixə qədər yeni təyinat olacaq".
Qeyd edək ki, veteran futbolçu Müşfiq Hüseynov UEFA kuboku çərçivəsində "Neftçi"nin heyətində 2000-ci ildə Sloveniyanın digər klubu olan "HİT Qoritsa"ya qarşı oynayıb və Bakıdakı oyunda "ağ-qaralar"a qələbə qazandıran yeganə qolun müəllifi olub. Paytaxt təmsilçisi evdə qalib gəlsə də, səfərdə 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Murad Abdullazadə
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 18 İyun 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















