Qarabağ ın oyunçusu: Aqressiv olmağım komandaya baha başa gəlir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Digər oyunlarda aldığım vərəqələr komandaya baha başa gəlib. Bunu qəbul edirəm".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
"Rəqibi yaxşı analiz etmişik. Bəzi oyunlarını izləmişik. Çox yaxşı hazırlıq keçmişik. Ümid edirəm ki, yaxşı oyun sərgiləyəcəyəm. Komandam üçün əlimdən gələni edəcəyəm. Bəli, digər oyunlarda aldığım vərəqələr komandaya baha başa gəlib. Bunu qəbul edirəm. Amma bundan sonra daha diqqətli olmağa çalışacağam".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 22 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















