Qarabağ ın oyununa görə Bakı metrosunun iş rejimi dəyişəcək
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "Vestri" oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
Modern.az xəbər verir ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma ərəfəsində stadiona yaxın yerləşən "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə stansiyada əlavə nəzarət mexanizmləri tətbiq olunacaq, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək. Xüsusilə matç başa çatdıqdan sonra sərnişin axınının tənzimlənməsinə xüsusi diqqət yetiriləcək.
Bundan əlavə, "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
Bildirilib ki, qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.
Qarşılaşma başa çatdıqdan sonra isə qatarların hərəkəti "Gənclik" stansiyasındakı vəziyyət nəzərə alınmaqla xüsusi rejimdə tənzimlənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 08 İyul 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















