Bakı metropolitenində Qarabağ ın oyununa görə iş saatı uzadıldı
Icma.az bildirir, Sportal.az portalına istinadən.
“Bakı Metropoliteni” QSC bu axşam “Qarabağ”ın UEFA Çempionlar Liqasında "Çelsi" ilə oyununa görə iş rejimində dəyişiklik edəcək.
Sportal.az xəbər verir ki, qurum matça olan azarkeş marağını nəzərə alaraq iş saatını uzadıb.
Beləliklə, bu gecə bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Həmçinin, “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq.
Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Xatırladaq ki, görüş saat 21:45-də start götürəcək
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək Qarabağ ın oyununa görə
30 Sentyabr 2025 17:35
Metro Qarabağ ın oyununa görə
11 Avqust 2025 15:24
“Qarabağ”ın oyununa görə metropolitenin iş rejimi dəyişdiriləcək
30 Sentyabr 2025 17:46
“Qarabağ”ın oyununa görə metronun iş saatında dəyişiklik edildi
29 İyul 2025 11:47
“Qarabağ”ın oyununa görə metro iş rejimində dəyişiklik olacaq
26 Avqust 2025 17:58
Baxış sayı:97
Bu xəbər 05 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















