Qarabağ ın rəqibinin Bakıya ikinci gəlişi: İlk səfərində qalib ola bilməmişdi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şkendiya" doqquz il öncə Azərbaycan klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış edən təmsilçimiz "Neftçi" II təsnifat mərhələsində "Şkendiya" ilə mübarizədən məğlub ayrılıb.
Bakıda keçirilən ilk görüş qolsuz bərabərliklə yekunlaşsa da, "ağ-qaralar" səfərdə makedoniyalılara 0:1 hesabı ilə meydandan məğlub olaraq ayrılıblar. Rəqib "Şkendiya" isə həmin mövsümdə Avropada tarixinin ən uğurlu çıxışına imza atıb.
Belə ki, komanda UEFA Avropa Liqasında üç mərhələ adlamağı bacarıb.
Çempionlar Liqasının hazırkı püşkatmasında "Şkendiya" əvvəlki mərhələdə Rumıniya FKSB-sini iki dəfə məğlub edib (1:0, 2:1), "Qarabağ" isə öz növbəsində "Şelburn"a Dublində 3:0, Bakıda isə 1:0 hesabları ilə qalib gəlib.
Qeyd edək ki, "Qarabağ" və "Şkendiya" arasında ilk oyun avqustun 5-də Skopyedə, cavab qarşılaşması isə avqustun 12-də Azərbaycanın paytaxtında keçiriləcək.


