Icma.az
close
up
RU
Qarabağ kanalında ildə təxminən 300 milyon m³ su itkisi yaranır

Qarabağ kanalında ildə təxminən 300 milyon m³ su itkisi yaranır

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun əmri ilə yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, iclasda çıxış edən İşçi qrupunun rəhbəri Rafiq Aslanov bildirib ki, 1958-ci ildə istismara verilmiş, Mingəçevir su anbarından qidalanan Qarabağ suvarma kanalı hazırda ölkənin ən böyük magistral kanalıdır. Kanal Mingəçevir şəhəri və 8 rayonun 115 min hektaradək əkin sahəsini suvarma, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir. Həmçinin Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə digər rayonların su təminatına dəstək verir. Kanalın torpaq məcralı olması səbəbindən ildə təxminən 300 milyon m³ su itkisi yaranır ki, bu da vegetasiya dövründə su təminatını çətinləşdirir.

Daha sonra ADSEA-nın tabeliyində olan “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” PHŞ-nin, eləcə də “PROYAPI” və “TEMELSU” şirkətlərinin mütəxəssisləri tərəfindən layihənin cari vəziyyətinə dair təqdimat keçirilib.

Təqdimatda bildirilib ki, kanalın 51 kilometrlik birinci hissəsi üzrə layihələndirmə işləri başa çatdırılıb. Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatına müsbət rəy alınaraq, layihə-smeta sənədləri 20 iyul 2026-cı il tarixində Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib və hazırda ekspertiza mərhələsindədir.

Kanalın 56 kilometrlik ikinci hissəsi üzrə də layihələndirmə işləri yekunlaşdırılıb. İkinci mərhələ üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatına müsbət rəy alındıqdan sonra smeta sənədlərinin oktyabr ayının sonunadək Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilməsi nəzərdə tutulur.

Üçüncü mərhələ üzrə isə topoqrafik çəkiliş və geoloji tədqiqat işləri başa çatdırılıb, hazırda hidravlik hesablamalar və layihələndirmə işləri davam etdirilir. Layihə-smeta sənədlərinin noyabr ayının sonunadək Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilməsi planlaşdırılır.

İclasda İşçi qrupunda təmsil olunan Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mingəçevir və Yevlax şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayonlarının icra hakimiyyətlərinin nümayəndələri də iştirak ediblər. İştirakçılardan bir neçəsi çıxış edərək layihəyə dair rəy və təkliflərini bildiriblər.

Qeyd edək ki, ümumi uzunluğu 172,4 km olan Qarabağ suvarma kanalının baş giriş qurğusu, nasos stansiyalarını qidalandıran 56 suayırıcı qurğu, 51 suburaxan, 38 selötürən, 5 düker, 4 səviyyəqaldıran qurğu, 2 təxliyə qurğusu, 18 körpü və digər hidrotexniki qurğularla birlikdə yenidən qurulması nəticəsində kanalın su sərfi 113 m³/san-dən 135 m³/san-dək artırılacaq, beton üzlüklə örtülməsi hesabına su itkiləri azaldılacaq, suvarılan əkin sahələri isə 115 min hektardan 166 min hektaradək genişləndiriləcək.

Həmçinin kanalın 106-cı kilometrindən sonra trassasının dəyişdirilməsi Beyləqan və Ağcabədi rayonlarında Xan Qızı kanalının xidməti ərazsindən təxminən 20 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına imkan yaradacaq. Layihənin həyata keçirilməsi su ehtiyatlarından daha səmərəli istifadəyə, eləcə də ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Oktyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri