Qarabağ La Liqada qalmaq uğrunda mübarizə apara biləcək komandadır İspaniya mətbuatı
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya mətbuatı "Atletik"in La Liqanın 10-cu turunda "Xetafe"yə 0:1 hesabı ilə məğlubiyyətindən yazıb.
Sportal.az xəbər verir ki, "EIDesmarque" portalı Bilbao təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ" üzərində 3:1 hesablı qələbəsini də xatırladıb:
"Hesab 0:1 olarkən, qol axtaran "Atletik"in deyil, "Xetafe"nin olması qəbuledilməzdir. Ernesto Valverdenin komandası öz cərimə meydançasında ilişib qalırdı, Unai Simon seyvlərlə yadda qaldı. Qonaq qapıçı Fernando Sorianın isə demək olar ki, heç bir problemi yox idi. Lakin "Atletik" bundan bir neçə gün əvvəl Çempionlar Liqasında oynamışdı və həmin matçda yaxşı çıxış etmişdi. İlk dəqiqədə qol buraxan "Atletik" Qurban Qurbanovun məşqçisi olduğu "Qarabağ"a qarşı əlindən gələni göstərmişdi. Lakin, "Qarabağ" "Xetafe"dən daha zəif idi. "San Mames"dəki oyununa əsasən, demək olar ki, "Qarabağ" La Liqada orta və aşağı sıralarda olan, liqada qalmaq uğrunda mübarizə apara biləcək gücdə komandadır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 Oktyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















