Icma.az
close
up
RU
Qarabağ la oyuna 3 min alman gələcəkdi UEFA sərt qərar verdi

Qarabağ la oyuna 3 min alman gələcəkdi UEFA sərt qərar verdi

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında baş verən xoşagəlməz hadisələr Almaniya klubları üçün ciddi sanksiyalarla nəticələnib.

525.az bu haqda "Bild" nəşrinə istinadən xəbər verir ki, “Ayntraxt”ın “Barselona” ilə səfər oyunu (1:2) zamanı Frankfurt azarkeşlərinin davranışı UEFA-nın sərt qərarına səbəb olub. Qonaq sektorunda pirotexniki vasitələrdən istifadə edilməsi, tribunaya əşyaların atılması və işıq raketinin buraxılması təşkilatın diqqətindən yayınmayıb.

Nəticədə UEFA “Ayntraxt”a növbəti iki Avropa səfər oyununda azarkeş qadağası tətbiq edib. Bu o deməkdir ki, yanvarın 21-də Çempionlar Liqasında “Qarabağ”la Bakıda keçiriləcək matçda Frankfurt təmsilçisinin azarkeşləri stadionda olmayacaq. Komanda növbəti mərhələyə yüksələrsə, sonrakı səfər oyunu da eyni cəza altına düşəcək.

Bundan başqa, pirotexnika qalmaqalına görə “Ayntraxt” 30 min avro, "Kamp Nou" stadionunda tualetlərə və pleksiqlas divara dəyən zərərə görə isə əlavə 8 min avro cərimələnib. Klub ziyanın aradan qaldırılması üçün 30 gün ərzində “Barselona” rəhbərliyi ilə əlaqə saxlamalıdır. Qeyd edək ki, Frankfurt klubu daha əvvəl “Roma” ilə oyundakı oxşar hadisələrə görə şərti cəza altında idi.

Klubun idarə heyətinin üzvü Filip Reşke "Bild" nəşrinə bildirib: “UEFA-dan qərarın əsaslandırılmasını istəmişik və ikinci səfər oyunu ilə bağlı qadağaya etiraz etmək hüququmuzu saxlayırıq”.

Bu o deməkdir ki, “Ayntraxt” heç olmasa yanvarın 21-də Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyundan sonrakı səfər matçında azarkeşlərin stadiona buraxılmaması qərarının ləğvinə ümid edir. Lakin UEFA-dakı zəngin “cərimə dosyesi” və əvvəlki şərti cəzalar fonunda bunun baş tutması çətin görünür.

"Bild" onu da yazır ki, təəssüf doğuran məqam ondan ibarətdir ki, bu cəza minlərlə normal “Ayntraxt” azarkeşini də zərbə altında qoyub. Artıq Bakıya səfər üçün uçuş və hotellər bron edən, futbola görə yola çıxan fanatlar stadiondan kənarda qalacaqlar. Məlumata görə, klub “Qarabağ”la oyun üçün təxminən 3000 bilet sorğusu almışdı.

UEFA “Bavariya”ya da sanksiya tətbiq edib. Münhen klubunun “Sportinq”lə oyununda azarkeşlərin genişmiqyaslı şəkildə pirotexniki vasitələr yandırması səbəbindən növbəti ev matçında tribunaların bir hissəsi bağlanacaq.

Belə ki, yanvarın 21-də “Union Sen-Jillua”ya qarşı keçiriləcək oyunda “Bavariya”nın 111–114-cü sektorları – “Südkurve”nin qapıarxası alt tribunası boş qalacaq. 

Xatırladaq ki, münhenlilər mart ayında da oxşar səbəbdən şərti cəza almışdı. (QOL.az )

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri