Qarabağ la oyuna da xal qazanmaq üçün çıxacağıq Karvan ın hücumçusu
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Premyer Liqanın ilk turunda "Qəbələ" ilə bərabərliyə razılaşan (1:1), ardından "Kəpəz"i məğlub edən (3:2) "Karvan-Yevlax" növbəti çempionat qarşılaşmasını "Qarabağ"a qarşı keçirəcək. "Ağ-qaralar"ın hücumçusu Uğur Cahangirovla əlaqə saxlayıb həm Gəncə təmsilçisi üzərində qələbə barədə fikirlərini soruşduq, həm də "köhlən atlar"la dueldən gözləntilərini bölüşməsini istədik.
Bu yay "Sumqayıt"ı Yevlax təmsilçisinə dəyişən ön xətt oyunçusunun Fanat.Az-a açıqlaması belə oldu:
"Kəpəz" ilə oyuna maksimum nəticə üçün çıxmışdıq. Rəqibi yaxşı analiz edib qələbə qazandıq. Bu qələbə bizim üçün çox vacib idi.
Növbəti matçımız "Qarabağ"a qarşıdır. "Qarabağ"la oyuna da xal qazanmaq üçün çıxacağıq. Son matçda 3 xal əldə etmişik. Hazırda komandada çox yaxşı ab-hava var. Yeri gəlmişkən, "Qarabağ"a bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda uğurlar arzulayıram".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 Avqust 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















