Icma.az
close
up
RU
Qarabağ Malmönün acığını Elfsborqdan çıxa biləcəkmi?

Qarabağ Malmönün acığını Elfsborqdan çıxa biləcəkmi?

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu həftə avrokuboklarda 6-cı turun oyunları keçirilir.

Bu çərçivədə meydana çıxacaq komandalar sırasında "Qarabağ" da var. "Köhlən atlar" Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda İsveç "Elsborq"unun qonağı olacaq. Matç bu gün, Bakı vaxtıyla saat 00.00-da başlayacaq. Azarkeşlər ağdamlıların həyəcanına "CBC Sport" vasitəsilə ortaq olacaq.
Avropa Liqası
əsas mərhələ, 6-cı tur
12 dekabr
Elfsborq - Qarabağ

Boros, "Boros Arena". Saat 00.00.
İlk beş turda cəmi üç xal əldə edən "Qarabağ" növbəti cəhddə ikinci qələbəsini qazanmağa çalışacaq. Amma matçdan gözləntilər haqda danışırıqsa, ənənəvi cümlələrdən istifadə etmək doğru olmaz. Çünki bu dəfə, sadəcə, istək və yaxşı hazırlıq səviyyəsi yetərli olmaya bilər. Ona görə yox ki, "köhlən atlar" "Elfsborq"un öhdəsindən gəlməyə qadir deyil. Axı biz ağdamlıların potensialına və Avropa meydanlarında qazandığı uğurlara, xəfifləşdirilməsi mümkün olmayacaq qədər ciddi təcrübəyə malik olduğuna bələdik.
Təəssüf ki, indi hadisələrin axarı fərqli məcrada iləliləyir. "Qarabağ" nəinki azarkeşlərinin, ümumiyyətlə, yerli futbol ictimiayyətinin gözləntilərini qarşılamaqda çətinlik çəkir. Əslində "Bude/Qlimt" üzərində qazanılan qələbədən sonra tilsimin qırıldığını zənn etdik. Lakin "Lion"a 1:4 hesabıyla uduzan kollektiv problemlərin geridə qalmadığını göz önünə sərdi. Və məyusedicidi ki, "köhlən atlar"ın bu dəfə də ciddi çatışmazlıqları var. Dəqiq desək, Kevin Medina və Aleksey İsayev zədəli olduğu üçün bu matçı buraxmalı olacaq. Hər halda, Qurban Qurbanovun rəqibinə qalib gəlmək üçün lazımi start heyətini quracağına şübhə yoxdu. Axı təcrübəli mütəxəssis yaxşı dərk edir ki, pley-off mərhələsinə yüksələ bilmək üçün son şansları maksimum dəyərləndirmək lazımdı. 32-ci pillə indi heç kimi qane etmir.
Xal ehtiyatını artırmaq lazımdı ki, rəqibin də amalı məhz bu yöndə olacaq. Niyə? Çünki "Elfsborq" iık 5 matçda cəmi 4 xal qazana bilib və 29-cu sıradadı. İsveçlilər əsas mərhələ çərçivəsində "Alkmaar" (2:3), "Qalatasaray" (3:4) və "Atletik" (0:3) kimi rəqiblərinə uduzubsa, "Braqa"dan bir (1:1), "Roma"dan üç xal (1:0) alıb. İndi pley-off mərhələsində çıxış etməyi arzulayan komanda 16200 tamaşaçı tutumuna malik "Boros Arena"da (bura həm də "Elfsborq qalası" adlanır - red.), yəni "doğma divarlar" arasında məqsədinə çatmağa çalışacaq. 26 milyon avro dəyərində olan Boros təmsilçisi İsveçdə söz sahibi sayılmır. Düzdü, bizim futbol təsərrüfatıyla bu ölkədəki vəziyyət müqayisəyə gəlməz. Lakin "sarı-qaralar" kimi tanınan kollektiv sonuncu dəfə 2012-ci ildə ölkə çempionu olub. Ölkə kubokuna sonuncu dəfə 2014-cü ildə yiyələnibsə, 2007-ci ildə superkuboka sahib çıxıb. Komandanın heyətində 14 legioner varsa, 31 futbolçudan beşi milli üzvüdü. "Elfsborq" hazırda 45 xalla İsveç çempionatında 7-ci pillədədi və lider "Malmö"dən 20 xal geridədi. Komandanı 32 yaşlı isveçli mütəxəssis Oskar Hilyemark çalışdırır.
Ümumiyyətlə, "Qarabağ"ın İsveç komandalarına qarşı dəfələrlə mübarizə apardığını yazmışıq. "Köhlən atlar" hələ Avropa Liqasının cari mövsümündə "Malmö"nün öhdəsindən gələ bilmədi - 1:2. Ümid edək ki, bu dəfə bəxt ağdamlılardan yana olacaq. Bizə isə "köhlən atlar"ın qisas alacağı günü gözləmək qalır. Cümə axşamı həm xal ehtiyatımızı qələbəylə zənginləşdirməliyik, həm də "Malmö"nün acığını "Elfsborq"dan çıxmalıyıq.
KƏNAN BAHADIR 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see343

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see293

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see281

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see215

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see204

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see195

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see191

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see185

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see179

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see179

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see178

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see177

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see169

FIFA Argentina futbolçularının finaldan sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb

20 İyul 2026 20:33see155

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see153

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see153

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see152

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see152

Azərbaycanda iş rejimi dəyişir

20 İyul 2026 15:49see152

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri