“Qarabağ müharibəsində Ermənistana qarşı xarici təcavüz olmayıb”
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin bu gün bəyan edib ki, "KTMT Yerevan üçün Qarabağda döyüşməməli idi."
Milli.Az xəbər verir ki, "Ermənistana qarşı xarici təcavüz olmayıb. KTMT üzv dövlətləri xarici təcavüzdən qorumaq üçün nəzərdə tutulub. Qarabağla bağlı hadisələr özünəməxsus xüsusiyyətlərə malikdir. Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımayıb və onu öz dövlət ərazisinə daxil etməyib. Qarabağda baş verənlərin Ermənistanla hüquqi əlaqəsi yoxdur.
Hər bir ölkə təhlükəsizlik sahəsində nə edəcəyini müstəqil şəkildə seçmək hüququna malikdir. Ermənistanın hazırkı KTMT-yə münasibəti daxili siyasi məsələlərlə və Qarabağ məsələsi ilə bağlıdır," deyə Rusiya Prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan hələ təşkilatdan çıxmaq barədə bəyanat verməyib, bütün sammit sənədlərini dəstəkləyir və Ermənistanın KTMT-nin tam fəaliyyətinə qayıtmasını istisna etmir.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 28 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















