Icma.az
close
up
RU
Qarabağ müharibəsində Ermənistana silah göndərən Məhərrəmov kimdir? ŞOK/FOTOLAR

Qarabağ müharibəsində Ermənistana silah göndərən Məhərrəmov kimdir? ŞOK/FOTOLAR

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Cinayət aləmində “Svo Raf” (yəni, rusca свой – özümüzünkü) ləqəbli erməni oğrusu Rafayel Bağdasaryan barədə 90-cı illərdə eşitməyən yoxdur. Kriminal aləmdə millət söhbəti olmadığı halda 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində öz əlaqələrindən istifadə edərək Azərbaycana qarşı işğalçılıq müharibəsi aparan Ermənistanı silahlandırmaq, ərzaq və yanacaqla təmin etmək üçün istifadə edən bu erməni avtoritetin “sağ əli” azərbaycanlı Fikrət Məhərrəmov olub.

Globalinfo.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev qeyd edib.

O bildirib ki, Fikrət Məhərrəmov Rafayel Bağdasaryan kimi İrəvan şəhərində anadan olub:

“Ermənistanda yaşayıb və onunla gənclik illərindən dostluq edib. Bu şəxs erməni kriminal liderin sağ əli olmaqla yanaşı Qarabağ müharibəsində Azərbaycana qarşı törədilən bütün qırğınlarda əli olub.

“Qorxmayın, mən də azərbaycanlıyam”

1992-ci il: Rusiyada yaşayan qarabağlı iş adamları hərbi zavodlardan birindən silahlar alırlar və onu Bakıya göndərmək üçün azərbaycanlı və ruslardan ibarət mühafizə sistemi qururlar. Silahlarla dolu hərbi maşınlar zavoddan çıxıb Bakıya istiqamət alır. Təxminən bir neçə saat sonra maşınların qarşısını bir dəstə alır və gələnlərdən biri Azərbaycan dilində “Qorxmayın, mən də azərbaycanlıyam” deyir. Mühafizəçilər silahı yerə qoyan kimi ermənilərdən ibarət dəstə hər birini əsir götürüb əl-qollarını bağlayırlar və silahları aparılar. Bu dəstənin başında gələn Fikrət Məhərrəmov idi və o erməni Svo Rafın əmri ilə silahları Ermənistana göndərir.

Kriminalist Sergey Qaloyan “Həmin Svo Raf” adlı kitabında Qarabağ müharibəsi zamanı qanun oğrunun soydaşlarına necə kömək etdiyini danışır. O, Svo Rafın öz adamlarının köməyi ilə Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən azərbaycanlıların silahlarını ələ keçirmək üçün birbaşa Moskvada bütöv bir hərbi əməliyyat təşkil etdiyini təsvir edir. Nəhayət, silahlar Qarabağda ermənilərin əlinə keçdi – Svo Raf dəfələrlə  azərbaycanlıların yardımlarına basqınlar həyata keçirib, hamısını oğurlayıb Ermənistana göndərir.

Ermənilərə 14 milyon rubl yardım

Fikrət Məhərrəmov Svo Rafın yanında, Moskvada Minsk otelində qalırdı və bura Ermənistandan Qarabağa göndərilən yaraqlılara, hərbi qruplaşmalara silah, hətta zenit sistemlərinin alınıb göndərilməsinə nəzarət edirdi. Rafael Bağdasaryan öz köməkçisi, azərbaycanlı Fikrət Məhərrəmov vasitəsilə erməni döyüşçülərinə 14 milyon rubl yardım edib.

Zaur Əliyev

Fikrət Məhərrəmov Amerikadakı əlaqələrdən istifadə edib, o dövrün müasir silahları olan İsrail istehsalı olan avtomatları və digər silahları alırdı və birbaşa Qarabağa, azərbaycanlıları öldürməyə göndərirdi. Ermənistanda anadan olan Fikrət Məhərrəmovun Azərbaycana və Qarabağa nifrətinin arxasında nə dururdu, bilmirəm. Ancaq onu bilirəm ki, Svo Raf öləndə Bakıdan və keçmiş SSRİ-dən onun dəfninə gedən azərbaycanlı kriminal avtoritetlərə qarşı da münasibəti loyal deyildi. Bilmirəm Ermənistanda anadan olanda ona erməni qanı vurublar, yoxsa digərləri kimi özünü azərbaycanlıdan daha çox erməni hesab etməsi səbəb olub bu xəyanətə, ancaq onun əlində minlərlə soydaşımızın qanı var.

Hətta Bakıda yaşayan kriminal avtoritetlər burdan Ermənistanın üç günlük işıq problemini həll etmək üçün benzin və yanacaq göndərmişdilər. Nədir ki, erməni oğrunun dəfnidir. Qarabağda millət Ermənistanın işğalına məruz qalan günlər “bizim” oğrular və Ermənistanda qohumları olanlar üç gün onları hərtərəfli təmin ediblər.

Buna görə də Azərbaycan birinci müharibədə kifayət qədər itki verdi – sapı özümüzdən olan baltalara görə.

Prof.Dr.Zaur Aliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri