Qarabağ münaqişəsini başlatmaq istəyirdi Paşinyan həbs olunan keşişdən danışdı
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
"Kilsəmizin faktiki rəhbərinin təşviqi ilə Ermənistandakı arxiyepiskoplardan biri nəinki demarkasiyanın aparılmamasını, hətta Qarabağ hərəkatının, yəni münaqişənin faktiki olaraq aktivləşdirilməsini tələb edən hərəkat başlatdı".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı bildirib.
"Yüksək vəzifəli ruhanilər və onları dəstəkləyən müxalifət qüvvələri tərəfindən aparılan dezinformasiya kampaniyasına aludə olan on minlərlə vətəndaş küçələrə axışmışdı. Onlar iddia edirdilər ki, Ermənistan hökuməti Ermənistanın suveren ərazilərini və orada yerləşən qədim kilsələri və yaşayış məntəqələrini Azərbaycana güzəştə getməyə hazırlaşır.
Bu problemi xalqla danışaraq həll etdik", - deyə o qeyd edib.
Qeyd edək ki, Paşinyanın bəhs etdiyi "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən il həbs olunub.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















