Icma.az
close
up
RU
Qarabağ nisgilinin sonu, Qarabağ vüsalının zirvəsi…

Qarabağ nisgilinin sonu, Qarabağ vüsalının zirvəsi…

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xankəndi, 8 noyabr, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Əməkdar jurnalist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadirin “Qarabağ nisgilinin sonu, Qarabağ vüsalının zirvəsi” məqaləsini təqdim edirik.

Beş il əvvəl Vətən müharibəsi Qələbə ilə başa çatdı. Bu, Azərbaycanın öz tarixi ərzində ən strateji qələbəsi, Prezident İlham Əliyevin missiyasının ən parlaq nailiyyətidir. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə dünyaya sübut etdi ki, Qarabağ milli ləyaqət rəmzidir və o, bu arzusundan bir addım da geri çəkilməyib, o, Xarıbülbülün Vətənini unutmayıb, Şuşanı tarixə yox, qəlbinə yazıb...

Azərbaycan Ordusunun tarixi ədaləti döyüş meydanında bərpa etməsi Prezident-ordu-xalq birliyinin ən ali nümayişi idi. Bu, düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz özümüzü hər zamankından daha inamlı hiss edirdik, bu, millətin ruhu idi, 30 il içimizdə yığılıb qalan Vətən nisgilinə son qoymağın vaxtı çatmışdı. Və o vaxt parlaq Zəfərlə yekunlaşdı...

Zəfər Günü mənim üçün Qarabağ nisgilinin sonu, Qarabağ vüsalının zirvəsidir. 30 il zalımcasına dağıdılan, daşı daş üstündə qalmayan dost-doğma torpağıma, ata-baba yurduma açılan yolumdır. Ağdamı, Şuşanı, Xankəndini, Kəlbəcəri qucaqlayan qollarımdır. Qurban olduğum oğullarımızın, şəhidlərimizin, qazilərimizin qeyrətidir. Qalib Ordumuzun qüdrəti, Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruğ”udur. Prezident İlham Əliyevin şanlı ordusu, igid əsgərləri, müdrik xalqı ilə birgə çəkici bir zindana vurub qazandığı Qələbədir. Tariximizin ən şanlı səhifəsi, müstəqilliyimizin və azadlığımızın, suverenliyimizin təntənəsidir. Xalqımızın sönməyən qürurudur...

30 illik işğalın sonunda, şəhidlərimizin qanı ilə yazılan bu tarix sarsılmaz birliyimizin, əzmimizin və gücümüzün, milli kimliyimizin rəmzidir, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın gücünü və iradəsini nümayiş etdirən bir simvoldur...

Bu Zəfər qaranlıq obaların üstünə doğan Günəşdir, 30 ildə öləziyən ümidlərin çiçəklənməsidir. Bu Zəfər azad Qarabağ qoxuyur. Bu Zəfərdən Xarıbülbülün ətri gəlir. Bu Zəfər yenidən ucalan Ağdamın, Laçının, Şuşanın, Kəlbəcərin bugünkü dirçəlişidir, böyük sevgi ilə yenidən qurulmasıdır. Bu Zəfər bir vaxtlar bu yerləri məcburən tərk edənlərin, illərin həsrətlilərinin öz evinə məğrur, ləyaqətli dönüşüdür. Bu Zəfər nigaran ruhların bayramıdır. Bu Zəfər Qarabağa tamah salanların, Qarabağa diş qıcayanların, Qarabağı vəhşi kimi talayanların gözünə batan oxdur, ürəynə sancılan güllədir...

Zəfər Gününün qeyd edilməsi xalqın böyük bir mübarizə və əzmkarlıq tarixinə sahib olduğunu unutdurmamaq, qəhrəmanlıq salnaməsini gələcək nəsillərə mənəvi miras kimi çatdırmaq borcudur. Bu Zəfər gələcək nəsillərə Vətənə sevgi, torpağa bağlılıq və mübarizə ruhu aşılayır. Zəfər Günü hər zaman ən gözəl nümunə olaraq qalacaq. Bu, bizi bir daha inandırdı ki, hər bir qələbə Vətən sevgisində qərarlaşıb. Bu sevgini əbədi qoruyaq! Qoruyaq ki, şəhidlərimizin uğrunda can verdiyi Vətənin xoşbəxliyi əbədi olsun!..

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri