Icma.az
close
up
RU
İqtisadi əməkdaşlığın Xankəndi və Qarabağ zirvəsi

İqtisadi əməkdaşlığın Xankəndi və Qarabağ zirvəsi

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Elçin Quliyev,

YAP Nərimanov rayon təşkilatının sədri

İyulun 3-4-də Xankəndi şəhəri tarixinin yeni səhifəsini yazdı. Bu qədim Azərbaycan torpağının ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü qlobal siyasi gündəmdə təkcə mühüm beynəlxalq hadisə deyil, eyni zamanda, Ermənistanın 30 il davam edən işğalının dağıntılarından bərpa-quruculuq dövrünə qədəm qoyan bir şəhərin dirçəlişinin rəmzi kimi dəyərləndirilir.

Şübhəsizdir ki, son beş ilin qüruruverici hadisələrindən biri azadlığına qovuşmuş torpaqlarımızın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir.

Ölkə başçısı cənab İlham Əliyevin də xüsusi vurğuladığı kimi sonuncu Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Artıq bu vaxta qədər Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilib. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək mümkündür.

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşü bir daha təsdiq etdi ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tarixi miqyası düşündüyümüzdən də böyükdür. Xankəndidən yayımlanan möhtəşəm səhnələri seyr etdikcə, daha çox hiss edirsən ki, qalib dövlətin vətəndaşı olmaq həqiqətən böyük xoşbəxtlikdir. Çünki Xankəndi Zirvə görüşü bərpa olunan tarixi ədaləti tərənnüm etməklə yanaşı, qürurlu və ləyaqətli xalqın, qüdrətli və qalib dövlətin dünyaya yenidən təqdimatıdır.

ECO-nun Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Cənubi Qafqazdan hələ də əl çəkmək istəməyən və burada yenidən süni şəkildə gərginlik ocağı yaratmağa çalışan dairələr bilməlidirlər ki, Azərbaycanın yeganə hədəfi tarixi ədaləti sülh yolu ilə bərpa etmək və regiona dayanıqlı əmin-amanlığı gətirməkdir. Bu hədəfin arxasında iki əsr boyunca ağır mənəvi məhrumiyyətlərə məruz qalmış bir xalqın iradəsi və bu iradəni qətiyyətlə təmsil edən Azərbaycan Prezidentinin bütün vədlərini gerçəyə çevirən tərəddüdsüz siyasəti dayanır. Bu, elə bir siyasətdir ki, mövqeyindən və ölkəmizə münasibətindən asılı olmayaraq, yaradılan reallığı gec-tez bütün aktorlara qəbul etdirə bilir. Azərbaycan və İran prezidentlərinin bütün dünyanın gözü qarşısında Şuşada ana dilimizdə açıq və səmimi ünsiyyəti həmin reallıqlardan yalnız biridir.

Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışında “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz!” müraciəti harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində sonsuz sevinc, qürur hissi yaratdı. 30 il davam edən işğal dövrünün əsas hədəfi olan “Azərbaycan Bayrağının Qarabağda, o cümlədən Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil” çağırışı artıq reallığa çevrilməklə yanaşı, bu gün bu torpaqlarda dost, qardaş, müttəfiq ölkələrin dövlət bayraqları Azərbaycan Bayrağı ilə birlikdə dalğalanır. Bu cənnət məkanda beynəlxalq tədbirlər keçirilir, Qarabağdan, Şərqi Zəngəzurdan dünyaya mühüm mesajlar ünvanlanır.

Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr vacib yer tutur. Ölkəmiz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji və nəqliyyat sahələrində mühüm strateji mövqeyə malikdir. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi yerləşməsi onu regionda aparıcı tranzit və enerji mərkəzlərindən birinə çevirib. Azərbaycan yalnız enerji resurslarının hasilatında deyil, həm də onların beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr ECO məkanında enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfələr verir. 

Azərbaycan artıq üçüncü dəfədir ki, bu beynəlxalq sammitə ev sahibliyi edir.

Bu, Azərbaycanın qlobal mənada strateji aktora çevrilməsinin bariz nümunəsidir. Qarabağın beynəlxalq əməkdaşlıq məkanı kimi yeni imicinin formalaşması baxımından da müstəsna əhəmiyyət kəsb edir. Bu, artıq Qarabağın konflikt zonası kimi deyil, inkişaf, əməkdaşlıq və regional inteqrasiyanın mərkəzi kimi beynəlxalq nüfuzunu artırır. Forumun gündəliyinə regional ticarət, enerji, nəqliyyat, iqlim və dayanıqlı inkişaf mövzuları daxildir. Sammitdə Xəzər İqlim Bəyannaməsi, karbon ticarəti və “yaşıl enerji zonası” kimi təşəbbüslər müzakirə olunacaq.

İnvestisiya axınının stimullaşdırılması, Qarabağ bölgəsinə olan marağın daha da artırılması, ticarət və logistika dəhlizlərinin genişlənməsi, Qarabağ bölgəsinin iqtisadi bərpası və İƏT ölkələrinin bu prosesə cəlbi, Azərbaycan məhsullarının İƏT dövlətlərinə ixracı, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar sahəsində gözlənilən razılaşmalar ölkəmiz üçün strateji əhəmiyyət daşıyır.

Sammit Azərbaycanın yaşıl iqtisadiyyat modelinə keçidini də gücləndirəcək. Xankəndi və bütövlükdə Qarabağın turizm potensialını artıracaq. Yerli məşğulluğun artırılmasına mühüm töhfələr verəcəkdir.

Azərbaycan ECO çərçivəsində əlaqələrin gücləndirilməsində və əməkdaşlığın genişləndirilməsində maraqlı tərəfdir. Bir sözlə, Xankəndi Zirvə görüşü ölkəmizin ECO daxilində yüksək etimada, təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha təsdiqləmiş oldu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 İyul 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri