Icma.az
close
up
RU
“Qarabağ” ordenli şəhid leytenant

“Qarabağ” ordenli şəhid leytenant

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

44 günlük Vətən müharibəsinin minlərlə şəhidlərindən biri, leytenant Əsədov Emil Balaqardaş oğlu Salyan rayonunun Çuxanlı kəndində dünyaya göz açıb. Vətən müharibəsi başlayanda cəmi 22 yaşı olan və zabit paqonlarının qürurunu doyunca yaşamağa imkan tapmayan Emil də Qarabağ uğrunda atalarının yolunu davam etdirən oğullardan idi. Emilin atası da hərbçi olub. Balaqardaş Əsədov birinci Qarabağ savaşında iştirak edib. 1994-cü ildə ordudan tərxis olunaraq Yanğından Mühafizə Xidmətində işləməyə başlayıb. 2005-ci ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. Anası Təranə xanım isə evdar qadındır.

Emil Vətən müharibəsində tağım komandiri olaraq Hadrutun, Füzulinin, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı Ermənistan ordusunun canlı qüvvəsini və 14 texnikasını məhv edib, bir neçə dəfə silah yoldaşlarını mühasirədən çıxarıb, buna görə də "Qaya 11" ləqəbini qazanıb. Döyüşlər zamanı yaralanıb, hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Emil Əsədov ölümündən sonra “Qarabağ” ordeni, “Cəsur döyüşçü",“Vətən uğrunda”, “Xocavəndin azad edilməsinə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid zabitin anası oğlu haqda qürurla bildirir ki, noyabrın 8-də gündüz dəfn etdik, gecə Qələbə müjdəsi eşitdik. Sevindik ki, balalarımızın qanı yerdə qalmadı. Biz onları çox çətinliklə böyütmüşdük. Bacısı Emiliya da Emil də çox savadlı və intizamlı şagird olublar. Emil çox istedadlı idi. Hərbi Liseyə qəbul olundu. Oğlum düz 7 il hərb sənətini oxumuşdu. Hərbi xidmətində o qədər intizamlı idi ki, imkan tapıb yeganə bacısının toy məclisində də iştirak edə bilməmişdi... Dostlarının dediyinə görə, Emil elə komandir olub ki, özü şəhid olsa da onun tağımından 35 nəfər əsgərin hamısı sağ-salamat qalıb.

Atası Balaqardaş Əsədov söyləyir ki, oğlu həmişə Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməyin şərəfli olduğunu deyərdi. Xüsusi qeyd edirdi ki, döyüş meydanında şəhid olmaq şərafətlidir. Amma mən plan qururdum ki, onu evləndirim, qismət olmadı... Emil şəhid olmasından 1 gün əvvəl, noyabr ayının 6-da evlə əlaqə saxladı. Tanımadığımız bir nəfər bizə zəng vuraraq Emildən nigaran qalmamağımızı deyəndə narahat olduq. Telefondakı tanımadığımız adamı sorğu-suala çəkdik. Bu vaxt Emil özü ratsiya ilə telefona qoşularaq döyüşdə olduğunu, ona mane olmamağımızı istədiyini deyəndə sakitləşdik.

2020-ci ildə tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdilər. Qanları ilə müqəddəs torpaqları azad edərək Qələbəyə imza atan şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız dastan qoydular. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad ürəkli mübarizlərimiz, Vətən sizi unutmayacaq.

Bəli, məhz Emil kimi qəhrəman, igid oğulların sayəsində Vətənin müqəddəs torpaqları azaddır.

C.MÜŞFİQ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri