QARABAĞ QAZİSİ 3 İLDİR İŞ TAPA BİLMİR... Dövlət Məşğulluq Xidmətinə müraciət etmişəm, amma...
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ağcabədi rayon sakini, 44 günlük Qarabağ savaşının qazisi Abbasov Abbas Azad oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İşsizlikdən əziyyət çəkən qazinin müraciətini olduğu kimi dərc edirik:
“Yazıb sizdən xahiş edirəm ki, problemimi şıqlandırasınız.
Bildirim ki, qaziyəm, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə yaralanmışam. 5 medalla təltif olunmuşam. Kəşfiyyat taborunda xidmət etmişəm. Hal-hazırda da müalicə alıram.
İşləmirəm, gəlir yerim yoxdur. 3 ildir Dövlət Məşğulluq Agentliyinə müraciət etmişəm. Lakin hələ də məni işlə təmin etmirlər".
Qazinin müraciəti ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxladıq. O, məsələnin araşdırılacağını bildirdi.
Jalə FAMİLQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 06 Mart 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















