Icma.az
close
up
RU
Qarabağ qazisinin həbsdə 24 gündür aclıq etdiyi bildirilir

Qarabağ qazisinin həbsdə 24 gündür aclıq etdiyi bildirilir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin yaxınları onun artıq 24 gündür həbsdə aclıq etdiyini bildirir. Yaxınlarının sözlərinə görə, uzun müddət davam edən aclıq Qarabağ qazisinin səhhətinə kəskin təsir göstərib və onun vəziyyəti getdikcə pisləşir.

Bizimyol.info xəbər verir ki, iyulun 15-də vəkili Fəxrəddin Mehdiyev Hacı Vəliyevlə görüşüb. Aprelin 1-də həbs olunduqdan sonra Kürdəxanıda – Bakı İstintaq Təcridxanasında saxlanılan Qarabağ qazisi hazırda Müalicə Müəssisəsindədir.

2020-ci ildə 44 günlük Vətən Müharibəsində gözündən yaralanaraq əlil olan Hacı Vəliyev vəkili ilə görüşdə də gözünün müalicə olunmamasından gileylənib. Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsdən aclığı dayandırmasını xahiş edib.

“Hələ həbsindən əvvəl sağlamlığında problemlər vardı. Əlil olmayan, sağlam insanların belə, həbsdən sonra orqanizmində müəyyən fəsadlar yaranması mümkündür. Çünki insanın belə isti havalarda qapalı şəraitdə saxlanması orqanizmə təsir edir. Hacı Vəliyevin isə səhhətində həbsindən əvvəl də ciddi problemlər vardı. Ən əsası, uzun müddətdir aclıq edir. Bütün bunlar vəziyyəti daha da pisləşdirir”, - deyə vəkil bildirib.

Ailə üzvləri Hacı Vəliyevin hazırkı durumu ilə əlaqədar narahat olduqlarını bəyan edərək, müvafiq dövlət qurumlarını məsələyə müdaxilə etməyə çağırıb:

“Sağlamlığında elə problemlər olan biri üçün bu cür isti günlərdə 24 günlük aclıq nə deməkdir, təsəvvür etmək çətin deyil. Bildiyimizə görə, o, izolyasiya şəraitində saxlanılır, başqa xəstələrlə birlikdə də deyil, təcrid olunub. Bu da bizim narahatlığımızı daha da artırır. Xahiş edirik, aidiyyəti qurumlar Hacı Vəliyevin səhhəti ilə bağlı məsələyə dərhal müdaxilə etsinlər, tədbir görülsün”.

Hacı Vəliyevin digər vəkili Aqil Layıc bildirib ki, bir müddət əvvəl Bakı İstintaq Təcridxanasında müvəkkilinə qarşı pis rəftarla bağlı həm Penitensiar Xidmətə, həm də Ombudsman Aparatına müraciət edib: “İyulun 1-də müraciət etmişəm. Lakin hələ gəlib onun izahatını alan, araşdıran olmayıb”.

Penitensiar Xidmət Hacı Vəliyevin həbsdə aclıq etməsi və səhhətinin pisləşməsi barədə iddialarla bağlı heç bir açıqlama verməyib.

1992-ci il təvəllüdlü Hacı Vəliyev 44 günlük Vətən Müharibəsində gözündən yaralanaraq əlil olub. O, aprelin 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 186.1 (özgə əmlakını qəsdən zədələmə və ya məhv etmə) və 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qarabağ qazisi özünü təqsirli bilmir. İctimai fəaliyyətinə, Qarabağ qazilərinin problemlərini ictimailəşdirdiyinə görə həbs olunduğunu bildirir. Onun həbsindən bir müddət sonra – mayın 28-də “Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırdığını bəyan edilib. Bu təşkilat 2021-ci ildə yaradılmışdı.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 İyul 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri