Icma.az
close
up
RU
Həbsdə olan Qarabağ qazisi Hacı Vəliyevin yaxınları onun 17 gündür aclıq aksiyası keçirdiyini bildirir

Həbsdə olan Qarabağ qazisi Hacı Vəliyevin yaxınları onun 17 gündür aclıq aksiyası keçirdiyini bildirir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddət əvvəl fəaliyyətini dayandıran “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin yaxınları onun həbsdə aclıq aksiyası keçirdiyini bildirir.

Bizimyol.info xəbər verir ki, aprelin 1-dən həbsdə olan Qarabağ qazisi Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. Yaxınlarının sözlərinə görə, Hacı Vəliyev 17 gündür aclıq edir. Bunun nəticəsində onun səhhətində ciddi problemlər yaranıb. O, xüsusilə kəskin mədə ağrılarından əziyyət çəkir.

Yaxınlarının dediyinə görə, Hacı Vəliyevin nitqində də problemlər yaranıb. O, danışmaqda çətinlik çəkir.

Qarabağ qazisinin ev dustaqlığına buraxılması üçün vəkili yenidən məhkəməyə müraciət edəcək: “Biz aidiyyəti qurumları bu vəziyyəti nəzarətə götürməyə, Hacı Vəliyevin səhhətindəki problemlərə ciddi yanaşmağa və təcili addımlar atmağa çağırırıq”.

Penitensiar Xidmət Hacı Vəliyevin həbsdə aclıq etməsi və səhhətinin pisləşməsi barədə iddialarla bağlı heç bir açıqlama verməyib.

1992-ci il təvəllüdlü Hacı Vəliyev 44 günlük Vətən Müharibəsində gözündən yaralanaraq əlil olub. O, aprelin 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 186.1 (özgə əmlakını qəsdən zədələmə və ya məhv etmə) və 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qarabağ qazisi özünü təqsirli bilmir. İctimai fəaliyyətinə, Qarabağ qazilərinin problemlərini ictimailəşdirdiyinə görə həbs olunduğunu bildirir. Onun həbsindən bir müddət sonra – mayın 28-də “Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırdığını bəyan edilib. Bu təşkilat 2021-ci ildə yaradılmışdı.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 İyul 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri