Icma.az
close
up
RU
“Qarabağ” qış fasiləsinə rahat yollandı, “Sabah” Şamaxıda büdrədi Tura baxış

“Qarabağ” qış fasiləsinə rahat yollandı, “Sabah” Şamaxıda büdrədi Tura baxış

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında XVIII tura yekun vuruldu. Bununla da çempionat yarılandı. Fasilə ərəfəsində “Qarabağ” ən yaxın izləyicisi “Araz Naxçıvan”ı 2:0 hesabıyla məğlub etməklə qış fasiləsinə rahatlıqla yollandı. “Köhlən atlar” turnir cədvəlinin zirvəsini heç kimə güzəştə getmək fikrinə olmadığını bir daha nümayiş etdirdi.

"Kəpəz" – "Sumqayıt" 0:0 
"Kəpəz”: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 5. Rauf Hüseynli 26.Valdemar Almeyda 9. Luis Paçu 29. Dioqo Verdaska 78. Yeqor Kvalko (k) 3. Mahamadu Ba 10. Karim Lkouça 77. Viktor Braqa
Ehtiyat oyunçular: 18. Elgün Bayramov 80. Tural Rzayev 99. Əli Səmədov 70. Nicat Suleymanov 20. Mahir Həsənov 21. Camal Cəfərov 17. Ümid Səmədov 15. Cavad Kərimov 19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov
“Sumqayıt”: 1. Mehdi Cənnətov 14. Elvin Bədəlov (k) 7. Rövlan Muradov 17. Murad Xaçayev 30. Kamran Quliyev 20. Ayxan Süleymanlı 19. Roi Kehat 95. Miloş Miloviç 12. Giorgi Karaişvili 23. Cordan Rezabala 60. Tresor Mossi
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 36. Xəyal Fərzullayev 6. Vüqar Mustafayev 2. Sertan Taşkın 41. Uğur Cahangirov 8. Səbuhi Abdullazadə 21. Nihad Əhmədzadə 66. Ruslan Əliyev 24. Sənan Muradlı 64. Kənan Feyziev 9. Nikola Vuynoviç 5. Alan Dias
Baş məşqçi: Vaqif Cavadov

Turun açılış oyunu azarkeşlərin zövqünü oxşamadı. “Kəpəz”in “Sumqayıt”ı Tovuzda qəbul etdiyi oyunda qapılara qol vurulmadı. Meydanın örtüyünün süni olmasıyla yanaşı fasilə ərəfəsində heç kimin məğlub olmaq istəməməsi də nəticəyə təsir etdi. Belədə qələbə həvəsi ehtiyatlı oyuna qurban getdi, komandalar daha çox müdafiənin qayğısına qalmaqla 90 dəqiqəni başa vurdular. Turnir hədəfləri baxımından heç-heçənin hər iki komandanın işinə yaradığını da deyə bilərik.
“Kəpəz”in bəxti onda gətirdi ki, “Səbail” bu tur da məğlub oldu. Belədə aktivində 11 xalı olan “Kəpəz” 9-cu pillədəki yerini qoruya bildi. 20 xallı “Sumqayıt” da 6-cı sırada özünü yaxşı hiss edir.

“Turan Tovuz” – “Neftçi” 1:1 
Qollar:
Aleks Souza, 54 - Filip Ozobiç, 45
“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 6. Araş Qaderi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 5. Roderik Miller. 
Baş məşqçi: Kurban Berdiyev. 
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 13. Emil Səfərov, 14. Edvin Kuç, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 20. Alfa Konte, 77. Yeqor Boqomolski. 
Ehtiyat oyunçular: 30. Rustam Samigullin, 81. Mehdi Həsənov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin. 
Baş məşqçi: Samir Abasov.

Tovuzda keçirilən turun ikinci qarşılaşmasında da qapılara qol vurulmadı. Fərq onda oldu ki, bu görüşdə tərəflər hərəsi bir dəfə fərqlənməyi bacardılar. İlk hissədə rəqibindən üstün görünən “Neftçi” Ozobiçin fasilə ərəfəsində vurduğu qol sayəsində 15 dəqiqəlik istirahətə öndə yollandı. Amma fasilədən sonra üstünlük bütünlüklə meydan sahiblərinin tərəfinə keçdi. Di gəl ki, bu üstünlükdən yararlanıb, 3 xal qazanmaq mümkün olmadı. Souzanın qolu “Turan Tovuz”a 1 xal gətirdi. 
Maraqlıdır ki, həm “Turan Tovuz”, həm də “Neftçi” çempionatın ən “sülhsevər” komandalarıdır. Bu komandalar 18 tur ərzində 8 dəfə heç-heçəylə kifayətləniblər. 32 xallı “Turan Tovuz” ilk “üçlüyü” qapadır. 8-ci sıradakı “Neftçi”nin isə cəmi 17 xalı var.

“Səbail” – “Zirə” 0:1
Qol:
Papunaşvili, 77.
“Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 14. Suleyman Alluş. 
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 15. Vüsal Məsimov, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 36. Azad Əsgərov, 7. Madi Queta, 5. Gitay Sofir. 
Baş məşqçi: Cavid Hüseynov. 
"Zirə": 13. Aydın Bayramov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma. 
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 7. Məqsəd İsayev, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 22. İldar Alekperov, 5. Stefan Aka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 24. Yusuf Laval, 18. Junior Martins. 
Baş məşqçi: Rəşad Sadıqov

“Səbail”in böhranda olması hamıya məlum məsələdir. Məşqçi dəyişikliyi də “dənizçilər”in böhrandan çıxmasına kömək etmədi. Cavid Hüseynov da heyətin yetərsizliyindən şikayətlənir, “Səbail” xal itkilərini sıralayır. Bu dəfə “Zirə”yə “Səbail”i üstələmək üçün 1 qol yetərli oldu. Qonaqlara Bayılda qələbə gətirən qola Papunaşvili 77-ci dəqiqədə müəlliflik etdi. İlk yarısı qolsuz bitən qarşılaşmada qonaqların üstünlüyü hiss edilirdi və açıq qalan yeganə sual bu üstünlüyün hesabda nə vaxt əks olunacağı idi. 77-ci dəqiqədə bu sualın da cavabı tapıldı. “Səbail” bu qola cavab verə bilməyincə “Zirə” qələbəyə sevindi.
18 tura cəmi 9 xal toplayan “Səbail” sonuncu pillədən qurtulmağın yollarını axtarır. 4-cü pillədəki “Zirə”nin isə 30 xalı var.

“Şamaxı” – “Sabah” 3:1 
Qollar:
Edqar Adilxanov, 23. Belaydi Pusi, 55. Leroy Mikels, 62 - Pavol Şafranko, 38
"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 9. Belaydi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov
"Sabah": 1. Yusif İmanov, 10. Namik Ələskərov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 7. Boyan Letiç, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 4. Elvin Camalov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 12. Vensan Till, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski

Rusiyalı çalışdırıcı Berezutski Şamaxıda əsl şok yaşadı. “Qarabağ”ı büdrədən, “Araz Naxçıvan”ı məğlub edən “Sabah” Şamaxı səfərindən əliboş gəldi. Qələbə həsrəti uzun müddətdir ki, davam edən “Şamaxı” bu həsrətə son qoymağı bacardı. Görüşdən öncə bu nəticəni proqrnozlaşdırmaq çox çətin idi. “Sabah” rəqibin vurduğu 3 qola cəmi bir dəfə cavab verməyi bacarınca məğlubiyyət də qaçılmaz oldu. İkinci hissənin 7 dəqiqəsinə sığan iki qol görüşün taleyini həll etdi. 3:1 hesablı qələbə “Şamaxı”nın qış fasiləsinə yaxşı əhval-ruhiyyədə yollanmasına səbəb oldusa, “Sabah”ın bayram tətilini korladı.
26 xallı “Sabah” fasiləyə 5-ci pillədə yollanır. 17 xalı olan “Şamaxı” isə yeddincidir.

“Qarabağ” – “Araz-Naxçıvan” 2:0 
Qollar:
Yassin Benzia, 41. Abdullah Zubir, 71
"Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 20. Riçard Almeyda (k) 27. Toral Bayramov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 66. Patrik Andrade 7. Yassin Benzia 18. Olavio Juninyo 2. Mateus Silva 6. Julio Romao 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 99. Mateus Koxalski 12. Sadiq Məmmədzadə 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 10. Abdullah Zubir 8. Marko Yankoviç 19. Redon Cica 15. Leandro Andrade 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 26. Ömər Buludov 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Slavik Alxasov 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 17. İssuf Paro 8. Karlos Jatoba 14. Miço Kuzmanoviç
Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ” liderliyini qış fasiləsi ərəfəsində möhkəmlətdi. Özü də bunu ən yaxın izləyicisi “Araz Naxçıvan”ı 2:0 hesabıyla məğlub etməklə bacardı. Yassin Benzianın hesabı açdığı görüşün ikinci hissəsində qonaqlar hesabı bərabərləşdirsə də, hakimlər oyundan kənar vəziyyət qeydə aldılar. “Qarabağ” isə bir qolla kifayətlənməyib, 71-ci dəqiqədə Zubirin qoluyla üstünlüklərini bir qədər də artırdılar. Bu qələbə həm də “Qarabağ”ın Premyer Liqada rəqib tanımamasının göstəricisi idi.
Zirvədəki “Qarabağ”ın 47 xalı var. Qurban Qurbanovun çalışdırdığı komanda ən yaxın izləyicisi “Araz Naxçıvan”ı 8 xal qabaqlayır.

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://fanat.az
archiveBu xəbər 23 Dekabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see143

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see133

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see131

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see129

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see127

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see123

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see122

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see122

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see121

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see121

Almaxanım ana oldu

04 İyul 2025 15:22see120

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see119

31 il ötdü...

03 İyul 2025 07:57see117

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see116

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see116

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see116

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see115

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see114

Bu ölkədə kökəlməyə qarşı cərimələr başlanır

03 İyul 2025 07:51see114

Meksika millisi KONKAKAF Kubokunun finalına çıxdı

03 İyul 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri