Icma.az
close
up
RU
“Turan Tovuz”la “Sabah” yenə büdrədi Tura baxış

“Turan Tovuz”la “Sabah” yenə büdrədi Tura baxış

Fanat saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının XXI turu favorit sayılan komandaların bir çoxunun xal itirməsiylə yadda qaldı. “Turan Tovuz” doğma meydanda “Səbail”i üstələyə bilmədisə, “Sabah” Tovuzda “Kəpəz”ə uduzdu. Bu isə öz növbəsində hər iki komandanın hədəflərinə zərbə vurmuş oldu.

“Kəpəz” – “Sabah” 3:2 
Qollar:
Mahamadu Ba, 12. Əli Səmədov, 54. Rauf Hüseynli, 64-pen. - Pavel Safranko, 6-pen. Sekidika, 45+4.
Qırmızı vərəqə: İqor Noqeyra, 64.
“Kəpəz”: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev.
Baş məşqçi: Azər Bağırov.
“Sabah”: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 31. Umarali Raxmonaliyev.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov. 22. Abdulla Rzayev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

“Sabah” qələbənin dadını çoxdan unudub. Masazır təmsilçisi bu dəfə Tovuzdan əliboş döndü. Rəqiblərini Tovuzda qəbul edən “Kəpəz” isə yavaş-yavaş bu meydana isinişir, nominal ev sahibi kimi çıxdığı oyunlarda məğlubedilməzə çevrilir. Elə “Sabah”la oyunda da Azər Bağırovun komandası əzmkar qələbə qazandı. Safranko 6-cı dəqiqədə penaltidən hesabı açsa da, tezliklə “Kəpəz” cavab qolunu vurdu. Qolda “Sabah”ın qapıçısı Yusif İmanovun kobud səhvi də “göz oxşayırdı”. Fasiləyə qədər nominal qonaqlar yenidən hesabda önə keçdilər. Amma fasilədən sonra “Kəpəz” vacib olan qolları vurmağı bacardı. Bu yerdə “Sabah”ın görüşü azlıqda başa vurduğunu da qeyd edək. Bununla belə gəncəlilərin layiqli 3 xal qazandıqlarını da deməliyik. 3:2 hesablı qələbəyə sevinən “Kəpəz” “Şamaxı”nı da üstələdi. 17 xallı komandalardan “Kəpəz” 8-ci sıradadır. “Sabah” isə 28 xal toplayıb. 5-ci yerdə qərarlaşan Masazır təmsilçisi liderlər qrupundan çox geri qalır.

“Neftçi” – “Şamaxı" 1:0 
Qol: Emin Mahmudov, 45+3.
"Neftçi":
93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 44. Yuri Matias, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 99. Ervin Koffi, 23. Robert Bauer, 20. Alfa Konte, 77. Yeqor Boqomolski, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 9. Belaydi Pusi, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 30. Andrey Tırkovyanu, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.

“Neftçi” mövsümdəki 4-cü qələbəsini 21-ci turda qazanmağı bacardı. Paytaxt təmsilçisi “Şamaxı”nı minimal hesabla məğlub etdi. Qələbə qolunu isə birini hissəyə əlavə olunmuş dəqiqələrdə Emin Mahmudov vurdu. Kapitan penaltidən fərqlənməklə mövsümdəki ilk qoluna imza atmış oldu. Eminin qoldan sonrakı reaksiyası isə hamını təəccübləndirdi. Görünən o idi ki, kapitan “Şamaxı”nın qapıçısı Rikardonun topun istiqamətini tapdığını və ona toxunduğunu görüb, penaltini qola çevirə bilmədiyini düşündü, dərhal da formasıyla üzünü bağladı. Lakin top tora daxil oldu və “Neftçi” hesabı açdı. Görüşdə başqa qol olmayınca “Neftçi” azarkeşləri 3 xala sevindi.
21 oyuna 21 xal toplayan “ağ-qaralar” 7-ci pillədə qərarlaşıb. “Şamaxı” isə geriləməkdədir. 17 xal toplayan əyalət təmsilçisi yalnız sonuncu pillədəki “Şamaxı”nı qabaqlayır.

“Turan Tovuz” – “Səbail” 1:1 
Qol: Alexandro Serrano, 29 - Madi Queta, 82.
Qırmızı vərəqə:
Kauan Martins, 44.
"Turan Tovuz": 41. Sergey Samok, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 40. Kauan Martins, 21. Aleks Souza. 
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 80. Otto Con, 6. Araş Qaderi, 29. Anton Kraçkovski. 
Baş məşqçi: Kurban Berdiyev. 
"Səbail": 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 10. David Qomis, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Queta, 14. Suleyman Alluş. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 5. Gitay Sofir. 
Baş məşqçi: Cavid Hüseynov.

“Turan Tovuz” evində qələbəyə həsrət qaldı. Keçən tur “Qarabağ”ı son dəqiqə qollarıyla yenib, azarkeşlərini ümidləndirən qərb təmsilçisi doğma meydanda autsayder “Səbail”i üstələyə bilmədi. Baxmayaraq ki, görüşdə hesabı meydan sahibləri açmışdılar. Amma qırmızı vərəqə işləri korladı və mətbuat konfransında Kurban Berdiyev də məhz bu məqamı əsas səbəb kimi göstərdi. Azlıqda qalan rəqibini qapısına doğru sıxışdırmağı bacaran “dənizçilər” 82-ci dəqiqədə hesabı bərabərləşdirməklə qış fasiləsindən sonralı seriyalarını davam etdirdilər. Cavid Hüseynovun çalışdırdığı komanda ardıcıl üç oyundur ki, uduzmur. Qazanılan 1 xal “Səbail”in elitadakı yerini qoruması baxımından əhəmiyyətli idi. Həlilik isə 16 xallı komanda sonuncu pillədədir. 4-cü pillədəki “Turan Tovuz”un isə 36 xalı var.

“Sumqayıt” – “Araz-Naxçıvan” 0:0
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 12. Giorgi Karaişvili, 11. Momo Yansane, 5. Alan Dias. 77. Casurbek Caloliddinov. 
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 60. Tresor Mossi. 
Baş məşqçi: Vaqif Cavadov. 
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 17. İssuf Paro, 4. İqor Ribeyro, 97. Felipe Santos. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias. 
Baş məşqçi: Elmar Baxşıyev.

Şənbə günü keçirilən daha bir qarşılaşmada qalib müəyyən olunmadı. “Araz Naxçıvan” “Sumqayıt”la səfər oyunundan 1 xalla qayıtdı. Qolsuz və sönük keçən oyunda Rövlan Muradov yekun nəticəni müəyyənləşdirə bilərdi. Amma “Sumqayıt” futbolçusu penaltini qola çevirə bilmədi. Görüşdən sonrakı mətbuat konfransında Elmar Baxşıyev hakimlikdən şikayətlənməkdən də çəkinmədi. Görünən o idi ki, çalışdırıcı komandasının xal itkisində hakimləri günahlandırır.
Bərabərliyə baxmayaraq, “Araz Naxçıvan”ın ikinci pillədəki yeri möhkəmdir. Elmar Baxşıyevin komandası 43 xal toplamağı bacarıb. “Sumqayıt” isə 22 xalla 6-cı pillədə özünü rahat hiss edir.

“Zirə” – “Qarabağ” 3:2
Qollar:
Salifu Suma, 56; 67. Davit Volkov, 90 - Aleksey Kaşuk, 20. Patrik Andrade, 42
"Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 16. Fuad Bayramov 14. Elçin Əlicanov 11. Rüstəm Əhmədzadə 5. Stefan Aka 90. Davit Volkov 10. Giorgi Papunaşvili 23. Rafael Utziq 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 24. Aleksey İsayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 99. Mateuş Koxalski 20. Riçard Almeyda 30. Abbas Hüseynov 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 90. Nəriman Axundzadə 10. Abdullah Zubir 7. Yassin Benzia 8. Marko Yankoviç 6. Julio Romao 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” Zirədə əsl şok yaşadı. Baxmayaraq ki, fasiləyə qədər “Qarabağ” iki top fərqi ilə öndə idi. Kaşuk 20-ci dəqiqədə hesabı açmış, Andrade fasilə ərəfəsində gözəl qolla fərqi artırmışdı. Amma ikinci 45 dəqiqədə “Zirə” əsl əzmkarlıq nümayiş etdirdi. Sumanın “dubl” etdiyi görüşdə qələbə qolunu əvəzetmədən meydana daxil olan Volkov vurdu. Bununla da “Zirə” “Qarabağ”ı 3:2 hesabıyla məğlub etdi. Çətin günlərdən keçən “Qarabağ” üçün bu məğlubiyyəti gözlənilməz saymaq da olmaz. “Köhlən atlar” həm fiziki, həm də psixoloji baxımdan yorğun görünürlər.
Məğlubiyyətə baxmayaraq, “Qarabağ” liderliyini davam etdirir. Özü də inamla. 50 xallı “Qarabağ” ən yaxın izləyicini 7 xal qabaqlayır. “Zirə” isə 39 xalla 3-cü pillədədir.

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://fanat.az
archiveBu xəbər 03 Fevral 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri