Juninyo Qarabağ”a qayıtdı
Bizim media saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.
Bizim.Media xəbər verir ki, Ağdam klubu "Flamenqo"ya satdığı Olavio Juninyonu geri qaytarıb.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib. 29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək.
Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.
2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.
Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub. Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya beş milyon avroya satılmışdı. (Sportinfo.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 02 Sentyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















