Icma.az
close
up
RU
Qarabağ Romaoya görə bizdən 5 milyon avro istədi Klub rəsmisi

Qarabağ Romaoya görə bizdən 5 milyon avro istədi Klub rəsmisi

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Budapeştin "Ferensvaroş" klubunun idman direktoru Tamaş Xaynal "Qarabağ"dan Julip Romaonu transfer etmələri və komandanı tərk edən Kadi Borgesin narazılıqlarına münasibət bildirib.

İki gün əvvəl "Qarabağ"la 4 illik müqavilə imzalayan Kadi bu transferlə bağlı klublararası danışıqlardan son anda xəbər tutduğunu, özünün "Ferensvaroş"u tərk etmək istəmədiyini deyib.

QOL.az xəbər verir ki, Tamaş Xaynal Macarıstanın 24.hu saytına açıqlamasında Kadinin Julio Romao ilə dəyişdirilməsi barədə danışarkən deyib:

"Bu sövdələşmə tərəflər üçün faydalı oldu. 6 nömrəli futbolçunun transferi qış pəncərəsində bizim üçün prioritet idi. Maiqinin Avroliqada "Viktoriya" ilə matç ərəfəsində zədələnməsindən sonra isə bu mövqeyə oyunçu almaq istəyimiz daha da artdı. Biz Julio Romaonun transferi üçün yarım il "Qarabağ"la danışıqlar apardıq. Onlar bizdən 5 milyon avro tələb edirdilər. Bu isə bizim üçün böyük məbləğ idi. Amma biz daim o futbolçunun oyununu izləyir və hər transfer pəncərəsində təklifimizi irəli sürürdük".

Kadinin narazıqları haqda danışan klub rəsmisi bildirib ki, ötən şənbə günü iki klub arasında daha bir söhbət zamanı futbolçuların dəyişdirilməsi variantı yaranıb: "Mən dərhal Kadini axtardım. "Qarabağ"la Kadi arasında danışıqların başlamasına razılıq verdik. Cəmi iki saat ərzində bizə məlumat verildi ki ("Qarabağ" tərəfdəb - red.), razılığa gəlinib. Guya komandadan məcburiyyətlə göndərilən oyunçu heç bir halda klubunu dəyişməklə bağlı 2 saata razılıq verməzdi".

O deyib ki "Qarabağ"ın Kadinin transferində motivasiyası futbolçunu yaxşı tanıması ilə bağlı olub: "Kadi "Qarabağ"da əvvəl oynamışdı. Klub onun oyununu bəyənirdi. Bu səbəbdən ona bir növ itirilmiş oğlanları kimi baxırdı. Hazırkı vəziyyətdə futbolçuların dəyişdirilməsi hər iki tərəf üçün faydalı həll yolu oldu. Bizim baxışımızdan vacib odur ki, Julionun 26 yaşı var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://qol.az
archiveBu xəbər 07 Fevral 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri