Icma.az
close
up
RU
Kadi Borqes: “Qarabağ” Romaoya görə pul deyil, məni istəyirdi” MÜSAHİBƏ

Kadi Borqes: “Qarabağ” Romaoya görə pul deyil, məni istəyirdi” MÜSAHİBƏ

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ”ın futbolçusu Kadi Borqes Macarıstan mətbuatına müsahibə verib.

İdman.biz xəbər verir ki, “Ferensvaroş”dan Ağdam klubuna qayıdan braziliyalı yarımmüdafiəçi keçidin necə gerçəkləşməsinə aydınlıq gətirib.

- “Ferensvaroş”un sizinlə müqaviləyə xitam verməsi hamını təəccübləndirdi. Buna səbəb nə idi?

- Mənim üçün də sürpriz oldu. Ertəsi gün keçiriləcək oyunumuza hazırlaşırdım. İdman direktorumuz Tamas Hanal mənə zəng etdi və dəyişdirilmək istəyib-istəmədiyimi soruşdu. Dedim ki, əgər bu, klub və mənim üçün ən yaxşısıdırsa, bəli. Əvvəlcə onun mənimlə danışıqlara başlayacağını düşünürdüm. Amma tez başa düşdüm ki, məsələ artıq son mərhələdədir. Mən agentimə zəng etdim, o da heç nə bilmirdi. Bir-birimizə suallar verdik ki, heç olmasa bunu izah tapa bilək. Biz hələ də klubun bu qərarının səbəbini başa düşmürük.

- Yəni siz “Ferensvaroş”dan ayrılmaq istəmirdiz?

- Mən heç vaxt başqa oyunçu ilə dəyişdirilməyimi xahiş etməmişəm. Komandaya yayda gəlmişdim və uzunmüddətli müqavilə bağladığım üçün buradan getməyə heç bir səbəb yox idi. Bu danışıqlar iki klub arasında olub və qərarı da onlar verib.

- Klubu tərk etməli olduğunuzun səbəbini sizə izah etdilər?

- Qətiyyən yox, heç nə demədilər. Düşünürəm ki, onlar məni klubda görmək istəmirdilər. Buna görə də dəyişdirilməyimə belə yanaşdılar.

- Yeni baş məşqçi Robbi Kinin bu posta gəlməsinin sizə təsiri ola bilər?

- Düzünü desəm, bilmirəm. Komanda yoldaşlarımla da danışdım, heç kim heç nə bilmir. Həm də mən “Zalaeqerseq”lə matçda oynamalı idim. Ona görə də baş məşqçinin bundan xəbərinin olub-olmadığını bilmirəm.

- “Ferensvaroş” “Qarabağ”dan Julio Romaonu transfer etdiyini açıqlayıb. Onun sizinlə dəyişdirildiyini düşünürəm. Bəs siz nə fikirdəsiz?

- Bəli, mən də belə düşünürəm. Artıq Julio Romao ilə danışıqlara başlamışdılar. Amma “Qarabağ” Julioya görə pul deyil, məni istəyirdi. Buna görə də mənimlə dəyişdirilməsini təklif etdilər.

- Kənardan belə görünürdü ki, komandanın oyununa indi-indi uyğunlaşırsız. Belə bir vaxtda getməyinizə təəssüflənirsiz?

- Dediyim kimi, mən getməyimi xahiş etməmişdim. Bunu klub rəhbərliyi istədi. Düşünürəm ki, komanda yoldaşlarımla bir-birimizi artıq çox yaxşı başa düşürdük. Hər idmançıya uyğunlaşmaq üçün vaxt lazımdır. Heç nəyə peşman deyiləm. Burada bacardığımı etmişəm, hər zaman hamıya hörmətlə yanaşmışam və əlimdən gələni etməyə çalışmışam. Əgər bu klub üçün kifayət deyilsə, problem yoxdur.

- “Ferensvaroş” azarkeşlərinin çoxu sizin niyə getməli olduğunuzu başa düşə bilmir. Onlara nə demək istəyərdiz?

- Əgər onlar anlamırsa, onda özünüzü mənim yerimə qoyun. Hər oyunda gördüyüm sevgi və dəstəyə görə azarkeşlərə təşəkkür etmək istəyirəm. Onlar inanılmaz dərəcədə ruhlandırırdılar. Hər kəsi qucaqlayır, “çox sağ olun” deyirəm.

- Ümumiyyətlə, klubda keçirdiyiniz 7 ayı necə qiymətləndirirsiniz?

- Özümlə gözəl xatirələr aparıram. Başımı dik tutub gedirəm, özü də arxa qapıdan yox. Çünki özümü yaxşı hiss edirdim, burada yaxşı da oynadım. Rəqəmlərim də yalan danışmır. Avropa Liqasının pley-off mərhələsində “Borats”la matçda əlavə vaxtda bizi məğlubiyyətdən xilas edən penaltini qazandım. Ardınca penaltilər seriyasında da qol vurdum. İstər çempionatda, istərsə də beynəlxalq arenada hər matçda var gücümü komandaya vermişəm. Biz yaxşı nəticələr əldə etdik. Ona görə də bu 7 aydan məmnunam. Amma o da ola bilər ki, mən vəziyyəti səhv görürəm, ya da futboldan yaxşı başım çıxmır... Əgər səhv etdiyimi düşünürlərsə, hər iki tərəf üçün daha yaxşı olan qərar verilib.

- 2021/22 mövsümündə "Qarabağ"da çıxış etmisiz ki, bu komandanı dəfələrlə ikinci eviniz adlandırmısız. Azərbaycana qayıtmağınıza sevinirsiz?

- Yenidən təkcə mənə deyil, bütün futbolçulara yenidən hörmət olunduğu, qiymət verildiyi, inamın olduğu yerdə olduğuma sevinirəm. Amma indi qəlbimdə dinclik və sakitlik var. İndi məşqlərə diqqət yetirmək vaxtıdır ki, meydana mümkün qədər tez qayıda bilim. Komandama təkcə qısa deyil, həm də uzunmüddətli perspektivdə məqsədlərinə çatmaqda kömək etmək istəyirəm.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Fevral 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri