Qarabağ Shkendija nı keçmək gücünə malikdir
Icma.az bildirir, News24 portalına istinadən.
“Hazırda "Qarabağ" və " Sabah" futbol komandalarının vəziyyəti Avropanın orta vəziyyətli komandalarından həm oyunçu, həm də maliyyə baxımından heç də geri qalmır. Bununla yanaşı hər iki komandanın avrokuboklarda kifayət qədər təcrübəsi var".
Bu fikirləri News24.az-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov deyib.
Onun sözlərinə görə, "Qarabağ" komandası son oynadağı oyunda da ən yaxşı komandalardan biri olduğunu sübut etdi.
Məşqçi, "Qarabağ" Çempionlar Liqasının lll təsnifat mərhələsində qarşılaşacağı rəqibdən qat-qat üstün olduğu göz önündədir - deyə qeyd edib: " Lakin futbolda, xüsusilə Çempionlar Liqasında zəif rəqib olmur. Hər şey "Qarabağ"-ın bu komandaya necə yanaşmasından asılı olacaq.
Düşünürəm ki, "Qarabağ" "Shkendija" komandasını keçmək gücünə malikdir. Çətinliklər təbii ki, ola bilər. Çünki "Qarabağ" hal-hazırda 100 faizlik komanda halında deyil. Bütün bunlara rəğmən "Qarabağ" rəqibdən üstündür və növbəti mərhələyə keçməyə namizəddir".
Baxış sayı:112
Bu xəbər 05 Avqust 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















