Icma.az
close
up
RU
“Qarabağ” “Sumqayıt”dan ilk dövrədəki məğlubiyyəyin əvəzini çıxdı

“Qarabağ” “Sumqayıt”dan ilk dövrədəki məğlubiyyəyin əvəzini çıxdı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt – Qarabağ (Ağdam) 2:4 (1:2)
1. Mehdi Cənnətov – 5,0
80. Keffel Resende – 5,5
(75. Nadir Orucov, 78) – qiymətsiz
14. Pedro Pinto – 5,5
3. Höccət Haqverdi – 6,5
72. Rayan Senhadji – 4,5
25. Abdul Raşid Mumini – 5,0
8. Səbuhi Abdullazadə (k) – 5,0
(6. Rauf Rüstəmli, 78) – qiymətsiz
71. Masaki Murata – 5,5
(10. Nikola Ninkoviç, 69) – 5,0
7. Rüstəm Əhmədzadə - 5,5
(19. Roy Kehat, 69) – 5,0
11. Aleksa Yankoviç – 6,0
(95. Nsana Simon, 69) – 6,0
9. Aleksandr Ramalinqom – 5,5
Ehtiyat oyuçular
22. Xəyal Fərzullayev
56. Aftanfil Arixov
21. Nihad Əhmədzadə
23. Ronaldo Vaskes
37. Nihad Orucəli
66. Ruslan Əliyev
97. Vüsal Paşayev
Baş məşqçi: Saşa İliç
Komandanın ən yaxşısı: Höccət Haqverdi
99. Mateuş Koxalski – 6,5
27. Toral Bayramov – 6,5
(7. Nəriman Axundzadə, 78) – qiymətsiz
81. Kevin Medina – 6,0
13. Bəhlul Mustafazadə - 6,0
(18. Dani Bolt, 70) – 5,0
2. Mateus Silva – 5,5
9. Xoni Montiel – 6,0
35. Pedro Bikalyo – 5,5
10. Abdulla Zubir – 7,5
(44. Elvin Cəfərquliyev, 70) – 5,5
11. Emmanuel Addai – 6,0
15. Leandro Andrade – 7,0
(21. Aleksey Kaşuk, 78) – qiymətsiz
17 Kamilo Duran – 5,5
Ehtiyat oyunçular
97. Fabian Buntiç
3. Sami Mmae
30 Abbas Hüseynov
55. Bədavi Hüseynov
6. Kris Kuaku
22. Musa Qurbanlı
77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir
Qollar: L.Andrade, 6 (0:1, E.Addai). H.Haqverdi, 31 (1:1, A.Yankoviç). T.Bayramov, 42 (1:2). A.Zubir, 63 (1:3). N.Simon, 83 (2:3, A.Ramalinqom). A.Kaşuk, 90+3 (2:4, E.Cəfərquliyev).
A.Ramalinqom 77-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: M.Silva, 2 (qeyri-idman hərəkəti). E.Addai, 11 (qeyri-idman hərəkəti). R.Senhadji, 14 (qeyri-idman hərəkəti). K.Medina, 36 (qeyri-idman hərəkəti). P.Pinto, 69 (qeyri-idman hərəkəti) – sarı. R.Senhadji, 60 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Kərimm Zeynalov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Kamal Umudlu (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Zümrüd Ağayeva (Bakı).
21 noyabr. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 9100 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 8,0.
Heç şübhəsiz, “Qarabağ” Sumqayıta həm də mövsümdəki yeganə məğlubiyyətin qisasını almaq üçün gəlmişdi. “Köhlən atlar”ın “Napoli”ylə qarşılaşacağını da nəzərə alsaq, bu matç yetərincə əhəmiyyətli idi. Azı ona görə ki, Qurban Qurbanov Montieli start heyətində sınamalı, Neapol səfəri üçün nəzərdə tutulan bəzi planların üzərində işləməliydi. Hələ onu demirik ki, qələbə həm də liderliyin möhkəmləndirilməsi baxımından vacib idi. “Sumqayıt” isə yalnız ilk “dördlük”dəki yerini qorumalıydı. Bəlkə də bunun üçün bir xal yetərli olacaqdı. Ancaq meydan sahibləri ilk növbədə tribunalara təşrif buyuran 9 mindən çox azarkeşə yaxşılıq etdi – daha çox irəli atılmağa, qələbə uğrunda döyüşməyə üstünlük verdi. O başqa məsələ ki, “Qarabağ” matça “hücum yağışı”yla başladı.

Hələ 4-cü dəqiqədə qol imkanı Addainin Mehdiyə uduzması üzündən boşa getdi. Hər halda, təcrübəli qapıçını məğlub etmək çətin olmadı. 6-cı dəqiqədə Səbuhidən topu “oğurlayan” Zubir dərhal Addaini “gördü”. Qanalının cərimə meydançasına çatdırdığı topu qarşılayıb “çərçivə”yə göndərən isə Andrade oldu. Ardından Pintonun qeyri-dəqiq zərbəsinə şahidlik etdik. Bundan sonra oyunun uzun müddət sakit məcrada irəlilədiyini deyə bilərik. O vaxta qədər ki, “Sumqayıt” hesabı bərabərləşdirdi. Yankoviçin 30-cu dəqiqədə kornerdən cərimə meydançasına göndərdiyi topu Höccət tora qovuşdurdu. Amma “kimyacılar” tarazlığı fasiləyə qədər qoruya bilmədi. 42-ci dəqiqədə hücuma keçən qonaqlar Montielin ötürməsi, Toralın qolu sayəsində paltardəyişmə otağına üstün yollandı.
Qonaqlar ikinci yarıyada fırtına kimi başladı. 55-ci dəqiqədə Andrade bəxtini sınadı ki, Mehdi inamlı çıxış etdi. Qolkiper Duranla təkbətək mübarizədən də qalib ayrıldı. Ancaq bu, “Sumqayıt”ın uğur qazanmasına yetmədi. Çünki Senhadjinin cərimə meydançasındakı Montieli kobudluqla yerə sərməsi meydan sahiblərinin 60-cı dəqiqədə azlıqda qalmasına səbəb oldu. Belədə təzyiqi daha da artıran “Qarabağ” 63-cü dəqiqədə Zubirin sayəsində fərqi artırdı. Bir qədər sonra yaşananlar isə penaltı qərarıyla nəticələndi. Buna Elvinin əllə oynaması səbəb oldu ki, 77-ci dəqiqədə topun arxasına keçən Ramalinqom Koxalskiyə uduzdu. Bir qədər sonra “Sumqayıt”ın azlıqda qalmasına rəğmən, fərqlənməsinə şahidlik etdik: 83-cü dəqiqədə Ramalinqomun ötürməsini qəbul edən Simon topu tora qovuşdurdu. Artıq Sumqayıt camiəsi azı bir xala ümid edə bilərdi ki, Kaşuk buna imkan vermədi. Daha doğrusu, 90+3-cü dəqiqədə önə atılan qonaqlar Elvinin qapıya paralel ötürməsi, Kaşukun dəqiqliyi sayəsində dördüncü qolu vurdu. Bu artıq qələbə idi.
Gözdən qaçmadı
// Media sektorunda azyaşlı uşaqlar və xeyli əcnəbi media nümayəndələri də əyləşmişdi. Həmkarlarımızın əksəriyyəti rus idi.
// Fasilədə stadionun çölündə yüzə yaxın azarkeş tribunalara yollanmağa çalışırdı. Onlardan bəziləri biletlərinin olduğunu desə də, polislər “Q-kod” oxuyucu cihazlarının olmadığını bildirərək tərəfdarları içəri buraxmadı.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Noyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri