Icma.az
close
up
RU
“Zirə” “Qarabağ”la “Neftçi”nin acığını “Sumqayıt”dan çıxdı

“Zirə” “Qarabağ”la “Neftçi”nin acığını “Sumqayıt”dan çıxdı

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Zirə - Sumqayıt 4:1 (1:1)
13. Aydın Bayramov – 6,0
8. İsmayıl İbrahimli – 6,5
(21. Hacıağa Hacılı, 79) – qiymətsiz
14. Elçin Əlicanov – 5,5
22. İldar Alekperov – 5,5
(29. Ceyhun Nuriyev, 56) – 5,0
4. Ruan Renato (k) – 6,5
90. Davit Volkov – 7,0
10. Georgi Papunaşvili – 6,5
70. İssa Cibrila – 6,5
(5. Stefan Aka, 79) – qiymətsiz
23. Rafael Utziq – 4,5
(6. Eldar Quliyev, 26) – 6,0
17. Ayron Qomis – 5,0
(3. Ange Mutsinzi, 56) – 5,0
19. Salifu Suma – 6,5
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
16. Fuad Bayramov
15. Pyer Zebli
28. Abbas İbrahim
24. Yusuf Laval
18. Junior Martins
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
1. Mehdi Cənnətov – 5,5
14. Elvin Bədəlov (k) – 5,5
10. Rəhim Sadıxov – 5,5
7. Rövlan Muradov – 5,5
(2. Sərtan Taşkın, 70) – 4,5
17. Murad Xaçayev – 5,0
30. Kamran Quliyev – 5,5
(21. Nihad Əhmədzadə, 83) – qiymətsiz
8. Səbuhi Abdullazadə - 5,5
20. Ayxan Süleymanlı – 4,5
(41. Uğur Cahangirov, 61) – 4,5
19. Roy Kehat – 5,5
(6. Vüqar Mustafayev, 83) – qiymətsiz
95. Miloş Miloviç – 5,0
9. Nikola Vuynoviç – 6,0
(77. Cəsurbek Cəloliddinov, 61) – 4,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
24. Sənan Muradlı
5. Alan Dias
18. Kristian Velinovski
60. Tresor Mossi
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Nikola Vuynoviç
Qollar: D.Volkov, 8 (1:0). N.Vuynoviç, 36 (1:1, R.Muradov). G.Papunaşvili, 55 (2:1, D.Volkov). D.Volkov, 66 (3:1, S.Suma). D.Volkov, 76 (4:1, R.Renato).
Vərəqələr: M.Miloviç, 21 (qeyri-idman hərəkəti). E.Əlicanov, 28 (qeyri-idman hərəkəti). S.Abdullazadə, 44 (qeyri-idman hərəkəti). R.Sadıxov, 51 (qeyri-idman hərəkəti). K.Quliyev, 62 (qeyri-idman hərəkəti). V.Mustafayev, 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Asiman Əzizli (Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Elman Musayev (Bakı).
30 noyabr. Zirə. İdman Kompleksinin stadionu. 500 tamaşaçı (1256 yerlik).
Hər hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Zirə” son iki turda “Qarabağ”la “Neftçi”yə uduzduğundan meydana istisnasız qələbə hədəfi ilə çıxmışdı. “Sumqayıt”ın nəticələri isə Vaqif Cavadov “sükan arxasına” keçəndən sonra sabitləşmişdi. “Gənclik şəhəri”nin təmsilçisi bu müddətdə “Səbail”, “Sabah” və “Şamaxı”nı məğlub edə bilmişdi.
3-cü dəqiqədə İsmayıl İbrahimlinin cərimə meydançasına göndərdiyi topu Miloviç uzaqlaşdıra bilmədi. Topu qəbul edən Volkov zərbə endirsə də, Cənnətov yerində idi. Heç dəqiqə də yox, saniyələr sonra Volkov bir daha “çərçivə”ni “nişan aldı”, amma Mehdi bu dəfə də təslim olmadı. 8-ci dəqiqədə gürcüstanlı hücumçu qol istəyinə çatdı. Ayxan Süleymanlı ilə Murad Xaçayev bir-birini başa düşmədi. Topu ələ keçirən Davit dəqiq zərbə ilə Mehdini məyus etməyi bacardı. 34-cü dəqiqədə Volkov növbəti dəfə fərqlənməyə yaxın oldu. Suma sürəti hesabına üç rəqibdən yayınıb, Volkova ötürmə verdi.
Gürcüstanlı hücumçu topu Mehdinin ayaqları arasından keçirsə də, Miloviç komandasını real qoldan xilas etdi. Matçın 35-ci dəqiqəsində Eldarın ötürməsini qəbul edən Davit uzaqdan bəxtini sınasa da, Cənnətov yerində idi. Cəmi 1 dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirdi. Rövlanın küncdən zərbədən qapı qarşısına ötürməsini Vuynoviç dəqiq baş zərbəsi ilə tamamladı – 1:1.
Volkova sanki nəsə olmuşdu. O, 2-ci hissədə də xüsusi ehtirasla oynadı, “Sumqayıt”ın qəniminə çevrildi. 55-ci dəqiqədə “Zirə”nin digər gürcü hücumçusu komandasını önə keçirməyi bacardı. İldar Alekperov pressinq hesabına Ayxan Süleymanlıdan topu almağı bacardı. İldar -Volkov – Papunaşvili kombinasiyasını sonuncu dəqiq zərbə ilə tamamladı – 2:1. 66-cı dəqiqədə Volkov növbəti dəfə səhnəyə çıxdı. Ceyhun Nuriyevin cərimə meydançasına ötürmənini qəbul edən Suma topu Volkova çatdırdı. O isə bir hərəkətlə rəqibdən yayınaraq topu tora qovuşdurdu – 3:1. Beləliklə, gürcüstanlı hücumçu bu oyunda həm het-trik etdi, həm də məhsuldar ötürmə verdi. Davit nəinki bu oyunun, hətta turun qəhrəmanı olmağa layiqdi.
Gözdən qaçmadı
* “Sumqayıt”ın qonaq komanda olmasına baxmayaraq, azarkeşləri daha çox idi.
* Hər iki komandanın baş məşqçisi texniki zonada emosional görünürdü.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri