Icma.az
close
up
RU
Qarabağ üçün həqiqət anı Olimpik Lionu yenmək real arzudur

Qarabağ üçün həqiqət anı Olimpik Lionu yenmək real arzudur

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan millisinin UEFA Millətlər Liqasında uğursuz çıxışla yadda qalaraq D Liqasına düşməsi şübhəsiz, futbol camiəsi üçün üzücü reallıqdır. Son turda səfərdə İsveç millisinə 0:6 hesabı ilə uduzaraq yerli futbolsevərləri ümidsizliyə qapdıran komandanın növbəti beynəlxalq matçlarda nə ilə yadda qalacağını zaman göstərəcək. Reallıq budur ki, seçmənin daha yaza qədər hər hansı imtahanı olmayacaq. Artıq bütün diqqətlər Avropa Liqasının Liqa mərhələsində mübarizə aparan "Qarabağ"dadır. Nəinki əsas millinin, U-19 və U-17-nin timsalında digər yaş qrupları üzrə yığmaların da nəticlərinə üzülən yerli futbolsevərlər Ağdam təmsilçisinin uğurlu matçlarına baxmaq, belə desək, "köhlən atlar"ın qələbələri ilə təsəlli tapmaq istəyir.

Səfər qələbəsi çox şeyi dəyişdi

Avropa Liqasının Liqa mərhələsinin ilk 3 turunda məğlub olan "Qarabağ"ın 4-cü turda son illərdə adından söz etdirən "Budyo Qlimt"i Norveçdə yenməsi (2:1) həm hədəf, həm də özünəinam baxımından olduqca önəmli məqam sayılır. Təmsilçimiz öz meydanında adlı-sanlı klubları şoka salmağı bacaran Skandinaviya komandasını qonaq qismində üstələyərək ictimaiyyətə "mən hələ buradayam, mübarizəyə davam" mesajı verdi.

"Köhlən atlar"ın bu mövsüm ilk dəfə yeni formatda keçirilən turnirdəki 1/8 final və ya pley-off perspektivini indidən incələmək bir qədər tələskənlik olar. Amma gerçəklik belədir ki, "Qarabağ" qarşıdakı ev oyununda da qələbə qazanmağı bacarsa, yekunda 24 ən yaxşı kollektiv arasına düşmək şansını ciddi şəkildə artıracaq. 

"Olimpik Lion" gəlir 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv noyabrın 28-də "Olimpik Lion"u qəbul edəcək. Fransanın ən tanınmış təmsilçilərindən biri ilə görüşün start fiti 21:45-də səsləndiriləcək. Şübhəsiz, "Qarabağ"ı böyük futbol ənənələrinə malik Lion komandası ilə matçın favoriti adlandıra bilmərik. Təmsilçimizin yalnız azarkeşlərin möhtəşəm dəstəyi fonunda ən yaxşı oyunlarından birini sərgiləyəcəyi və realizasiya planında "axsamayacağı" halda istəyinə çatması mümkündür. Təbii, ağdamlılar potensialını tam şəkildə ortaya qoyduğu qarşılaşmalarda büdcə baxımından özündən dəfələrlə üstün rəqibləri də məyus etməyi bacarır. 

Son 5 matçda 1 qələbə

"Olimpik Lion" hazırda Liqa 1-in turnir cədvəlində 18 xalla (5 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət) 5-ci pillədə mövqe tutub. "Uşaqlar"ın bütün turnirlər daxil olmaqla, son 5 matçda 1 qələbə qazanması "Qarabağ" adına ümidverici faktdır. Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda evdə "Beşiktaş"a 0:1 hesabı ilə uduzandan sonra səfərdə Almaniya "Hoffenhaym"ı ilə 2:2 hesablı bərabərliyə razılaşan OL Fransa çempionatında da 2 bərabərliyə imza atıb. "Qarabağ"ın rəqibi Liqa 1-in son turunda autsayderlər qrupunda qərarlaşan "Sent-Etyen"i minimal hesabla üstələyib.

Sözügedən kollektivin cari mövsüm Avropa Liqasındakı bütün matçlarının nəticələri isə belədir:

Olimpik Lion - Olimpiakos 2:0
Reyncers - Olimpik Lion 1:4
Olimpik Lion - Beşiktaş 0:1
Hoffenhaym - Olimpik Lion 2:2

Gördüyünüz kimi, AL-ə də fırtına kimi başlayan Fransa komandası sonrakı iki qarşılaşmada qələbə görməyib. Mövcud vəziyyətə nəzərən bu kollektivin hazırda formasının zirvəsində olmadığını iddia etmək çətin deyil.


Maliyyə böhranı da psixoloji təzyiqdir 

Son günlərdə Fransa mətbuatında "Olimpik Lion"un maliyyə böhranı yaşadığı barədə informasiyalar yayılmaqdadır. "L’Équipe" nəşrinin yaydığı son məlumata görə, sabah klubun sahibləri Fransanın peşəkar futbol klublarının hesablarının monitorinqi və nəzarətindən məsul olan təşkilata (DNCG) hesabat təqdim edəcəklər. Yazılanlara inansaq, “Olimpik Lion” xəzinəni doldurmaq üçün müxtəlif yollara baş vurur. 75 milyon avro dəyərində qiymətləndirilən səhmlərin bir hissəsinin İngiltərənin “Kristal Pelas” klubunun sahibinə satılması, eləcədə bir sıra futbolçuların transfer bazarına çıxarılması mümkün variantlardan ən realı kimi dəyərləndirilir. 

Bu vəziyyətin futbolçulara da təsir etdiyi bəlli həqiqətdir. Mətbuatın maliyyə böhranı barədə yaydığı məlumatlarla "uşaqlar"ın son vaxtlar ortaya qoyduğu nəticələr düz mütənasibdir. Deməli, "Lion" Bakıya həm də psixoloji problemlərlə gələcək və "Qarabağ" bu amildən də faydalanmaq şansına sahibdir.


"Qarabağ" nə dərəcədə hazırdır?

Noyabrın 19-dan satışa çıxarılan biletlərin qısa müddətdə yarısından çoxunun satılması isə oyun günü Tofiq Bəhramov adına Respublika stadionunda anşlaq olacağından xəbər verir. Yuxarıda qeyd etdiyimiz kimi, azarkeş amili çox vacib məsələdir. 

"Budyo Qlimt"lə səfər oyununda cəzalı olduqları üçün meydana çıxa bilməyən iki əsas heyət üzvünün - Julio Romao və Elvin Cəfərquliyevin cəzasını başa vurması da qabardılmalıdır. Heyət nə qədər geniş olsa, Qurban Qurbanovun oyuna müdaxilə imkanları da bir o qədər artar. Digər tərəfdən, zədədən dönən yaradıcı dayaq yarımmüdafiəçisi Marko Yankoviçin forma yığması, eyni zamanda digər monteneqrolu legionerin - sağ cinah müdafiəçisi Marko Veşoviçin sıraya dönməsi yeni ümid işığı anlamındadır. Ağdam təmsilçisinə gec qoşulan ukraynalı vinger Aleksey Kaşukun uyğunlaşma problemini geridə qoyduğunu və son qarşılaşmalarda hücum xəttinə rəngarənglik gətirdiyini də unutmayaq. Azərbaycan çempionunun heyətlə bağlı ciddi problemi yoxdursa, bu görüşdə yerli futbolsevərləri qürurulandırmaq ehtimalı yetərincə realdır. İllərdir 4-3-3 sxemini dəyişməyən Qurbanovun bu görüşdə də ənənəyə sadiq qalacağı şübhə doğurmursa, taktiki planda dərin təhlillər aparmaq yersiz alınar. Qurban bəyin rəqibin zəif və güclü cəhətlərini özü üçün müəyyənləşdirdiyi, qarşı tərəfi mümkün qədər dərindən incələdiyi bəlli həqiqətdir. Görünən budur ki, "Qarabağ" bu tur "Səbail"ə qarşı süni qazon üzərində keçirəcəyi oyunda zədələrdən qaçmalı, Misli Premyer Liqasının matçında nəticəni belə desək, az qan bahasına əldə etməyə çalışmalıdır. "Olimpik Lion"la görüşdə isə yaxşı fikiziki və psixoloji hazırlıqla yanaşı, müəyyən idman xoşbəxtliyinə də ehtiyac olacaq. Ən yaxşısına ümid edək.

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
   


 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see125

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see123

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see119

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri