Icma.az
close
up
RU
“Qarabağ” üçün növbəti həqiqət anı

“Qarabağ” üçün növbəti həqiqət anı

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində çıxışını davam etdirir. Ağdamlılar bu gün daha bir önəmli oyuna çıxacaq. 4-cü turun oyununda rəqib "Çelsi"di. İngiltərə nəhəngiylə matçda azı bir xal uğrunda mübarizə aparacaq "Qarabağ" bu mərhələni ilk "24-lük"də bitirmək şansını artırmağa çalışacaq.

"Football-plus.az" xəbər verir ki, "Tofiq Bəhramov"da saat 21.45-də başlayacaq qarşılaşma "CBC Sport"un efirində canlı yayınlanacaq.
Çempionlar Liqası
liqa mərhələsi, 4-cü tur
Qarabağ - Çelsi (İngiltərə)

Hakimlər: SEBASTYAN QİSHAMER, Roland Riedel, Santino Şreyner, Valter Altmann (hamısı Avstriya).
VAR hakimi: Manuel Şuettenqruber (Avstriya).
VAR hakiminin köməkçisi: Josef Spurny (Avstriya).
5 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.
Çempionlar Liqasında yeni mövsümə möhtəşəm başlayan "Qarabağ" Bilbaoda "Atletik"ə uduzmaqla Azərbaycan futbol ictimaiyyətini üzdü. Amma buna görə "köhlən atlar"ı çarmıxa çəkmək lazım deyil. Hər halda, Ağdam təmsilçisi Lissabonda "Benfika"nı, Bakıda "Kopenhagen"i diz çökdürməklə 6 xal toplamağı bacarıb və bununla əsas mərhələni ilk "24-lük"də bitirmək ehtimalını qüvvədə saxlayır. O başqa məsələ ki, ehtiyatda olan xallar sonda hədəf üçün yetərli olmaya bilər. Belədə qalan oyunlarda da müəyyən sərfəli nəticələr qazanmaq lazım gəlir ki, şirin xəyalla bağlı ümidlər yaşamağa davam etsin. Bəs buna nail olmaq mümkündü? Etiraf edək ki, "Qarabağ" avrokuboklar tarixində qazandığı xeyli sürpriz qələbə ilə azarkeşləri qürurlandırdığından bu gün istənilən rəqiblə oyuna azı bir xal gözüylə baxmaq imkanına malikik. Lakin söhbət "Çelsi" kimi rəqibdən gedirsə, faydalı iş əmsalını artırmaqla yanaşı, daha az səhv etməyə məcburuq. Və təəssüf ki, "köhlən atlar" "Kopanhagen" üzərində qazanılan qələbədən sonra özünə oxşamamağa başlayıb. Komandanın oyun tərzində hiss edilən çatışmazlıqlar ortaya çıxıb. Həm hücum, həm də müdafiə planında geriləmənin hiss olunduğu komandanın daha bir sürprizə imza atıb-atmayacağı dəqiq deyil. O bəllidi ki, oyun günü zədəli olan Musa Qurbanlıdan başqa bütün futbolçular baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq. Bununla belə, komanda bu gün premyer-liqada lider deyil, Çempionlar Liqasında isə 36 komanda arasında 13-cü pillədədi. "Çelsi" hanı? 11-ci sırada. İlk turda "Bavariya"ya (Almaniya) uduzan komanda ardından "Benfika"nı (Portuqaliya) 1:0, "Ayaks"ı (Niderland) 5:1 hesabıyla məğlub edib. Ancaq London təmsilçisinin indiki mövqeyinden razı qaldığını deyə bilmərik.
Hər halda, söhbət tarixində 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə Avropa Liqasının, 1 dəfə Konfrans Liqasının, 2 dəfə klublararası dünya çempionatının qalibi olan komandadan gedir. O başqa məsələ ki, bu gün "Çelsi" öz ölkəsində istədiyi kimi at oynada bilmir. 10 turdan sonra 6-cı sırada qərarlaşan londonluların cəmi 17 xalı var. Ancaq bu fakt reallığı dəyişmir: "Qarabağ"ın rəqibinin "transfermarkt"dakı bazar dəyəri nə az, nə çox - 1,14 milyard avrodu! Bununla belə, qonaqlarımızın heyətində zədəlilər var. Bunlar Levi Koluill, Benua Badyaşil, Reys Ceyms, Dario Essuqo və Koul Palmerdi. "Çelsi"nin baş məşqçisi Entso Mareskadı. 45 yaşlı italiyalı ötən ilin yayından bu vəzifəni icra edir.
Bu gün axşam saatlarında Bakıya gələcək “zadəganlar” "Hilton" otelində qalacaq. 800 azarkeşiylə birgə "Tofiq Bəhramov"da olacaq London nəhəngi özüylə 26 media nümayəndəsi də gətirəcək.
İndi təkcə oynamaq, dəqiqi, sona qədər döyüşmək və "Çelsi"dən xal qoparmaq qalıb!
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri