Icma.az
close
up
RU
Qarabağ üçün xoş xəbər? “Liverpul”da baş verənlər

Qarabağ üçün xoş xəbər? “Liverpul”da baş verənlər

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 8-ci turunda rəqibi olan “Liverpul” “qara zolaq”dadır. Komanda İngiltərə Premyer Liqasında dörd ardıcıl heç-heçədən sonra sonuncu “Bornmut”la matçda da ağır zərbə alıb: səfər oyununda 90+5-ci dəqiqədə buraxdığı qolla 2:3 hesabı ilə uduzub. 

Beləliklə, onlar düz 5 oyundur Premyer Liqada qələbə qazana bilmirlər.

Ölkə.Az-ın məlumatına görə, tanınmış idman jurnalisti, Qol.az saytının baş redaktoru Aydın Bağırov son nəticələrə əsasən ingilis klubunun "atlılar"la oyununu qiymətləndirib.

Onun sözlərinə görə, bu, arxayınlıq yaratmamalıdır: "Əgər biz “Liverpul”un məğlubiyyətindən danışırıqsa, “Qarabağ”ın yerli çempionatda “Kəpəz”ə uduzmasını da yaddan çıxarmamalıyıq. Ümumiyyətlə, yaxşı olardı ki, “Qarabağ”ın “Kəpəz”lə matçı təxirə salınardı və komanda “Liverpul”la matç öncəsi bir az istirahət edə bilərdi. Çünki “Liverpul”a məğlubiyyət olarsa, yorğunluq faktı az rol oynamayacaq. Amma səlahiyyətli qurumların qərarını da anlayışla qarşılayıram. Çünki bir təxirəsalınma sonra daxili çempionatın təqvimini pozur, boş oyun günü tapmaq çətinləşir".

İdman jurnalisti vurğulayıb ki, “Liverpul”un Premyer Liqada ardıcıl xal itkiləri Azərbaycan klubunda və azarkeşlərində eyforiyaya səbəb olmamalıdır: "Onsuz da komanda üzərində olan azarkeşlərin və medianın təzyiqi dünəndən daha da artıb. Hər şeydən öncə isə “Liverpul” “Qarabağ”a qalib gəlməlidir ki, Çempionlar Liqasında ilk 8-likdə yerini təmin etsin və 1/8 finala birbaşa vəsiqə qazansın. Əks halda həmin oyunla eyni vaxtda başqa 17 matç da keçiriləcək və orada qeydə alınacaq nəticələr mersisaydlıları 8-likdən kənarda qoya bilər. Lakin hər şeydən əvvəl “Liverpul”un adını, heyətindəki futbolçuların səviyyəsini də unutmamalıyıq. Bir də dünyanın bir nömrəli liqasının təmsilçisi olmasını və evdə möhtəşəm azarkeşləri qarşısında oynayacağını".

A.Bağırov “Qarabağ”ın da performansını yüksək qiymətləndirərək obrazlı dildə Ağdam təmsilçisini "futbol dünyasının bığıburma igidi" adlandırıb: "Elə ona görə də Bakıda İngiltərənin başqa bir təmsilçisi “Çelsi”dən xal ala bilmişdi. Niyə bu hal “Liverpul”la oyunda da təkrarlanmasın və futbol tariximizdə bir möcüzəyə nail olub ÇL-də “pley-off”a vəsiqə qazanmayaq? Düzdür, o şans nəzəri baxımdan uduzsaq belə var. Amma ona arxayın olmamalıyıq..."

Xatırladaq ki, "atlılar" bundan öncə "Ayaks"la qarşılaşarkən bir çoxları onların son nəticələrini əsas gətirərək "Qarabağ"ın rəqibini rahat məğlub edəcəyinə inanırdı. Lakin ən gözlənilməz sonluqlardan biri məhz hollandlarla baş tutan matç oldu. Ağdam təmsilçisi doğma meydanda 2:4 hesabı ilə uduzdu.

Qeyd edək ki, "Liverpul"un futbolçusu “Bornmut”la oyunda Co Qomes 34-cü dəqiqədə zədələnərək əvəzlənib. Onunla yanaşı, müdafiəçilər İbrahima Konate, Konor Bredli, həmçinin hücumçular Aleksander İsak və Federiko Kyeza da zədədən əziyyət çəkirlər və onların da “Qarabağ”la matçı buraxması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Yanvar 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri