Liverpul üçün şok: O da zədələndi
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Liverpul"un baş məşqçisi Arne Slot ötən gecə "Sanderlend"lə matçda (1:0) zədələnənn futbolçusu Vataru Endonun durumu haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis 33 yaşlı müdafiəçinin topuq nahiyəsindən ciddi zədə aldığını təsdiqləyib:
"Bəli, zədə ciddidir, amma hələlik nə dərəcədə ciddi olduğunu bilmirik. Müayinə olunmalıdır. Hazırda Endonun vəziyyəti o qədər də yaxşı görünmür. Hər şey sabah aydın olacaq. Təxmin edirəm ki, o, uzun müddət oynaya bilməyəcək".
Xatırladaq ki, daha "Liverpul"da eyni mövqedə çıxış edən futbolçulardan Konor Bredli və Ceremi Frimponq da zədələnmişdi. Vataru Endo Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Qarabağ"la görüşdə məhz Frimponqun sıradan çıxmasında sonra meydana daxil olmuşdu.
Qeyd edək ki, Vataru cari mövsüm 13 görüşə çıxıb, 1 qol ötürməsi verib.
Baxış sayı:132
Bu xəbər 12 Fevral 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















