Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Qarabağ Universiteti 7 ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir FOTOLAR

Qarabağ Universiteti 7 ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir FOTOLAR

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xankəndi şəhərində Qarabağ Universiteti, Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 7-ci Türkoloji Yay Məktəbinə start verilib.

AZXEBER.COM xəbər verir ki, proqramın əsas məqsədi türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında qarşılıqlı bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdır.

2025-ci ilin 10-17 avqust tarixlərində keçirilən Yay Məktəbi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan olan 32 gənc alim və doktorant bir həftə ərzində türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslərdə iştirak edir. Tədris prosesi 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssisin iştirakı ilə həyata keçirilir.

Yay Məktəbi müddətində türkologiyanın müvafiq istiqamətləri üzrə elmi yanaşmaların bölüşülməsi, tədqiqat təcrübələrinin paylaşılması, eləcə də müvafiq mövzularda elmi diskussiyaların aparılması nəzərdə tutulur. Bu tədbir həm iştirakçı ölkələr arasında mövcud elmi əlaqələrin möhkəmləndirilməsinə, həm də Türk dünyasının ortaq elmi gələcəyinin formalaşmasına dəstək göstərilməsinə xidmət edir.

Yay Məktəbinin Xankəndi şəhərində keçirilməsi, Qarabağ Universitetinin müəllim və doktorantlarının da proqramda təmsil olunması 7-ci dəfə təşkil olunan tədbirə xüsusi dəyər qatır.

7-ci Türkoloji Yay Məktəbinin açılış mərasimi 11 avqust 2025-ci il tarixində Qarabağ Universitetində baş tutub.

Tədbirin açılışında Qarabağ Universitetinin rektoru Şahin Bayramov iştirakçıları salamlayaraq, belə nüfuzlu və davamlı bir layihənin Qarabağ Universitetində keçirilməsinə görə bütün tərəfdaş qurumlara təşəkkürünü bildirib. O, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları nəticəsində Azərbaycanın tarixi ədaləti bərpa edərək suverenliyini təmin etməsindən sonra Qarabağda həyata keçirilən quruculuq işlərinin ən mühüm nümunələrindən birinin Qarabağ Universitetinin yaradılması olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin inkişafına verdiyi yüksək dəyərin bariz göstəricisidir. Şahin Bayramov çıxışında həmçinin bildirib ki, uzun illər işğal altında qalmış torpaqların azad edilməsindən sonra Qarabağ yalnız iqtisadi və sosial baxımdan deyil, eyni zamanda elmi və mədəni potensialı ilə də dirçəlir. Onun sözlərinə görə, Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi deyil, həm də regionun elmi-intellektual mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Rektor vurğulayıb ki, Qarabağın bənzərsiz təbiəti, zəngin tarixi irsi və strateji coğrafi mövqeyi buranı Türk dünyası üçün əhəmiyyətli bir elmi əməkdaşlıq platformasına çevirir. O əlavə edib ki, Qarabağ Universitetinin missiyası yalnız yüksək ixtisaslı kadrlar yetişdirmək deyil, həm də ortaq dəyərləri, milli-mənəvi irsi və dövlətçilik ənənələrini gələcək nəsillərə ötürməkdir. Onun fikrincə, bu ali məktəb Türk dünyası üçün intellektual körpü rolunu oynayaraq birgə inkişafın elmi bazasını formalaşdıracaq. Şahin Bayramov vurğulayıb ki, elm və təhsil sahəsində inteqrasiya, ortaq tarixi köklərimiz üzərində möhkəmlənmiş strateji əməkdaşlığın ən etibarlı təminatıdır.

Universitet haqqında ətraflı məlumat verən Şahin Bayramov, tədbirin Qarabağ Universitetinin Türk dünyasında tanınmasına, Türk dövlətlərinin alimləri və gənc tədqiqatçıları arasında elmi əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini bildirib. O, Yay Məktəbinin ali təhsil müəssisələri arasında yeni tərəfdaşlıq imkanları yaradacağına inandığını ifadə edərək iştirakçılara uğurlar arzulayıb.

Türk Akademiyasının Prezidenti Şahin Mustafayev çıxışında 7-ci Türkoloji Yay Məktəbinin Azərbaycanın müqəddəs torpaqlarında – tarixi zəfərin rəmzi olan Qarabağda, Xankəndində yerləşən Qarabağ Universitetində keçirilməsini böyük qürur və xoşbəxtlik kimi qiymətləndirdiyini qeyd edib. Tarixi fakt və hadisələrə toxunan Şahin Mustafayev, Qarabağın tarixən elmin, mədəniyyətin və incəsənətin beşiyi olduğunu vurğulayıb. O, builki Yay Məktəbini ortaq tarixi köklərə, dilə, mədəniyyətə və kimliyə sahib olan Türk dünyasının elmi inteqrasiyasını gücləndirən, qarşılıqlı anlaşmanı və bilik mübadiləsini təşviq edən mühüm akademik platforma kimi dəyərləndirib. "Türkoloji Yay Məktəbi təkcə nəzəri və metodoloji biliklərin paylaşılması deyil, həm də ortaq elmi irsin qorunması, gələcək nəsillərə ötürülməsi və davamlı əməkdaşlıq şəbəkələrinin qurulması baxımından əhəmiyyətli təşəbbüsdür”, – deyə o əlavə edib.

Türkiyə Elmlər Akademiyasının Prezidenti Müzəffər Şəkər də çıxışında iştirakçıları salamlayaraq Qarabağ Universitetində olmaqdan məmnunluq hissi keçirdiyini bildirib. O, gənc tədqiqatçıların Yay Məktəbi çərçivəsində quracaqları elmi əlaqələrin Türk dünyasının elmi potensialını zənginləşdirəcəyini və uzunmüddətli əməkdaşlıqlar üçün möhkəm zəmin yaradacağını vurğulayıb. Müzəffər Şəkər elm, təhsil və tədqiqatın ölkələrimizin və xalqlarımızın gələcəyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir elmi çıxışlarla davam edib və Qarabağ Universitetinin İncəsənət fakültəsinin əməkdaşlarının musiqi ifası ilə yekunlaşıb. 7-ci Türkoloji Yay Məktəbi avqustun 16-dək davam edəcək.

Qarabağ Universiteti gələcəkdə də Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası ilə birgə layihələr həyata keçirilməsi, ortaq irsin araşdırılması və Türk birliyinin güclənməsinə töhfə verən milli-mənəvi dəyərlərin gənc nəsillərə ötürülməsi istiqamətində mühüm təşəbbüslərə imza atmağı planlaşdırır.

Yay Məktəbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilati dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, Türkoloji Yay Məktəbi indiyədək Türkiyə, Qırğızıstan və Qazaxıstanda təşkil olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see282

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see219

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see155

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see151

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see144

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see133

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri