Icma.az
close
up
RU
Qarabağ Universiteti Çində beynəlxalq forumda təmsil olunub FOTOLAR

Qarabağ Universiteti Çində beynəlxalq forumda təmsil olunub FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü ilin 28-31 oktyabr tarixlərində Qarabağ Universitetinin rektoru Şahin Bayramov Çinin Lanzhou Universitetinin evsahibliyi ilə keçirilən Kəmər və Yol Universitetləri Alyansının (University Alliance of the Belt and Road - UAB&R) 2024-cü il Forumunda iştirak edib.  

Kəmər və Yol Təşəbbüsünün yeni onilliyinin başlanılması ərəfəsində keçirilən Forum “Rəqəmsal gücləndirmə, yaşıl innovasiya və birgə inkişaf şəraitində beynəlxalq təhsil əməkdaşlığı” (International Education Collaboration Under the Circumstances of Digital Empowerment, Green Innovation and Shared Development) mövzusuna həsr olunub. 

Forumda əsas məruzəçi qismində çıxış edən rektor Ş.Bayramov “Yaşıl inkişaf çağırışlarını cavablandırmaqda universitetlərin rolu: Bir Kəmər, Bir Yol regionunda imkanlar” mövzusunda geniş təqdimat edib.  

Belə bir beynəlxalq nüfuzlu ali təhsli platformasında Qarabağ Universitetini təmsil etməkdən qürur duyduğunu bildirən Ş.Bayramov dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib. Eyni zamanda, rektor Foruma evsahibliyi edən Lanzhou Universitetinin 115 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.  
Kəmər və Yol Təşəbbüsü regionunda nəhəng infrastruktur və investisiya layihələrinin həyata keçirildiyini qeyd edən rektor yaşıl inkişaf çağırışlarının həllində universitetlərin əhəmiyyətli rolundan bəhs edib. 

Ali təhsil müəssisələrinin tədqiqat və innovasiya habı, təhsil və potensialın inkişafı məkanı, maarifləndirici beyin mərkəzi, əməkdaşlıq və tərəfdaşlıqları təşviq edən platforma kimi unikal mövqeyindən danışan Ş.Bayramov davamlı inkişaf təfəkkürlü gələcək liderləri və mütəxəssisləri yetişdirən universitetləri yaşıl inkişafın katalizatorları adlandırıb. 

Azərbaycanın yaşıl inkişaf siyasətinə sadiqliyindən bəhs edən rektor ölkəmizdə davamlı inkişafla bağlı müəyyən edilmiş milli prioritetlərdən və həyata keçirilmiş ardıcıl və sistemli işlərdən danışıb. Vurğulayıb ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının  29-cu sessiyası (COP29) kimi nüfuzlu bir tədbirin keçirilməsi ilə bağlı qərar ölkəmizin milli, regional və qlobal səviyyələrdə ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinin qarşısının alınmasına verdiyi töhfənin bariz nümunəsidir. 

Daha sonra, Azərbaycanın işğaldan azad edilmiş regionunda yeni yaradılmış Qarabağ Universitetinin missiyası, vizyonu və strateji məqsədləri barədə məlumat verən Ş.Bayramov təmsil etdiyi ali təhsil müəssisəsinin tələbə mərkəzli və tədqiqat əsaslı universitet kimi regional ekosistemin drayverinə, "yaşıl transformasiya" hədəfli layihələrin reallaşdırılacağı məkana və davamlı inkişafı dəstəkləyən innovativ həllərin təşəbbüskarına çevriləcəyini hədəflədiyini diqqətə çatdırıb.

Forum çərçivəsində rektor Ş.Bayramov Çinin Lanzhou Universiteti, Şimal-Qərb Normal Universiteti və  Lanzou Maliyyə və İqtisadiyyat Universitetini ziyarət edib və həmin universitetlərin rektorları ilə potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb.
Qeyd edək ki, beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verən Qarabağ Universitetinin bu Forumda təmsil olunması yeni qarşılıqlı faydalı tərəfdaşlıqların qurulmasına hədəflənib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri