Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xankəndi, 16 oktyabr, AZƏRTAC
Qarabağ Universiteti Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı sərgisində təmsil olunur. Universitetin nümayəndələri stenddə ziyarətçilərə universitetin fəaliyyəti, təhsil imkanları və regionun inkişafındakı rolu barədə məlumat verirlər.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgi çərçivəsində “Yenidənqurmadan dayanıqlı inkişafa: Qarabağın dirçəlişində təhsilin rolu” mövzusunda panel müzakirəsi keçirilib.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadənin moderator və çıxışçı qismində iştirak etdiyi paneldə Qarabağda infrastrukturun yenilənməsi ilə yanaşı, təhsilin və sosial-mədəni həyatın inkişafının əhəmiyyəti müzakirə olunub. Cəmilə İsmayılzadə münaqişədən sonrakı bərpa prosesində təhsilin roluna dair beynəlxalq təcrübədən nümunələr təqdim edib, Qarabağ Universitetinin insan kapitalının formalaşmasına, regionun elmi və sosial-mədəni inkişafına töhfəsini vurğulayıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Aqil Əzizov sənaye parkları ilə universitetlər arasında əməkdaşlıq imkanlarından və bu əlaqələrin dayanıqlı inkişafda rolundan danışıb. Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova isə gənclərlə bağlı təşəbbüslər və onların Qarabağın dirçəlişində iştirakının dəstəklənməsi istiqamətində fəaliyyətlər barədə məlumat verib.
Müzakirələrdə vurğulanıb ki, dayanıqlı inkişaf infrastrukturun bərpası ilə yanaşı, insanların keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışını, məşğulluğunu və sosial-mədəni imkanlarını da əhatə edir. Böyük Qayıdışın davamlılığının təmin olunmasında, insanların Qarabağda yaşamaq, təhsil almaq və işləmək imkanlarının genişləndirilməsində təhsilin mühüm rolu xüsusi qeyd edilib.
Müəllif – Tahir Ağaməmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 16 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















