Icma.az
close
up
RU
Qarabağ mətbəxinin inciləri “Rebuild Karabakh” sərgisində nümayiş olunacaq

Qarabağ mətbəxinin inciləri “Rebuild Karabakh” sərgisində nümayiş olunacaq

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 14-16-da Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 5-ci Yubiley “Rebuild Karabakh” sərgisində ilk dəfə olaraq “Qarabağ Kuboku” – Milli Mətbəx İrsi Çempionatı keçiriləcək.

XQ xəbər verir ki, bu il “Rebuild Karabakh” sərgisi öz ilk yubileyini qeyd edəcək. Bu əlamətdar hadisə sərgilərin tədbirlər proqramında da öz əksini tapacaq. 

“Rebuild Karabakh” sərgisi regionun mədəni irsinin qorunması və tanıdılması istiqamətində vacib platformaya çevrilmişdir. Qarabağ mətbəxinə və milli kulinariya irsinin təbliğinə həsr olunmuş Milli Mətbəx İrsi Çempionatı – «Qarabağ Kuboku» Qarabağın zəngin mədəniyyətini beynəlxalq ictimaiyyətə təqdim etməyə imkan yaradacaq.

Çempionat “Caspian Event Organisers” şirkətinin və Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilati dəstəyi ilə Azərbaycanın Dünya Kulinariya İcmaları Assosiasiyası (Worldchefs) və Kulinariya İrs Komitəsinin rəsmi üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. 

“Qarabağ Kuboku” çərçivəsində iştirakçılar ənənəvi plov, dolma, quş, ət və balıq yeməkləri, eləcə də Qarabağ mətbəxi və müasir interpretasiyalar üzrə yarışacaq. Proqramda, həmçinin, regional şirniyyat sərgisi və “Qarabağ” mövzusunda qida heykəltəraşlığı sərgisi də yer alacaq. 

Təşkilatçılar çempionatın tərəfdaşları üçün həm peşəkarlar, həm də kulinariya həvəskarlarından ibarət geniş auditoriyaya öz məhsullarını tanıtmaq üçün çevik imkanlar təqdim edirlər. Tərəfdaşlar çempionat iştirakçılarına öz məhsullarını təqdim etməklə yanaşı, sərgi ziyarətçilərinə də nümayiş etdirmək imkanı əldə edirlər. Bundan başqa, tərəfdaşlara ustad dərsləri zamanı stendin ayrıca sahəsində məhsulları nümayiş etdirmək və istifadə etmək imkanı verilir.

“Rebuild Karabakh” sərgisində şirkətlər informasiya texnologiyaları, investisiyalar, ekologiya, alternativ enerji, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdan satışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, qida sənayesi, yol tikintisi və infastrukturu sahəsində məhsul və həllər təqdim edəcəklər. 

Tədbirə dəstək göstərən qurumlar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı, Zəngilan rayonları üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi,  Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Qarabağ Dirçəliş Fondu və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) yer alır. 

“Rebuild Karabakh” sərgisinin Rəqəmsal Həllər üzrə Rəsmi Tərəfdaşı “AzinTelecom” şirkətidir.

Xəzər İnşaat Həftəsinin Baş sponsoru qismində “PMD Group” çıxış edir. Sərgilərin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. Sərgilərin rəsmi oteli “Absheron Hotel Group”dur. 2025-ci ilin payız sərgilərinin Rəsmi otel tərəfdaşları – “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, “Ibis Baku City”; Rəsmi florist tərəfdaşları – “Gloria Flowers” və “Buketeria”; Rəsmi turizm tərəfdaşı – “Greenwich Travel Club”; digər rəsmi tərəfdaşlar arasında isə “AzExpoMontage LLC” və “Caspian Freight Services” şirkətləri yer alır.

Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri