Icma.az
close
up
RU
Qarabağ Universiteti Türk dünyasının elm mərkəzinə çevriləcək

Qarabağ Universiteti Türk dünyasının elm mərkəzinə çevriləcək

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son illər  Qarabağ Universiteti abituriyentlərin ən çox maraq göstərdiyi ali təhsil müəssisələrindən birinə çevrilib. Qəbul prosesi zamanı yüksək bal toplayan abituriyentlərin belə bu universiteti seçməsi ali təhsil ocağının qısa müddətdə qazandığı etimadın və formalaşan akademik nüfuzunun göstəricisi kimi qiymətləndirilir. Eyni zamanda, xarici ölkələrdən olan tələbələrin universitetə artan marağı Qarabağ Universitetinin beynəlxalq akademik mühitdə də diqqət çəkməyə başlanmasının bariz nümunəsidir. 

Çiçəklənən Qarabağda fəaliyyət göstərən universitet hazırda inkişafının yeni mərhələsini yaşayır. Belə ki, hazırda Qarabağ Universitetində 2250-yə yaxın tələbə təhsil alır və əməkdaşların sayı isə 400-ü ötüb. Ali təhsil ocağının infrastrukturu ardıcıl şəkildə genişləndirilir, Türkiyənin nüfuzlu İstanbul Texniki Universiteti ilə ikili diplom proqramına start verilib, yeni Mühəndislik fakültəsinin binasının tikintisi isə sürətlə davam edir. Bütün bunlar Qarabağ Universitetinin gələcək inkişaf perspektivləri, beynəlxalq akademik nüfuzunun daha da möhkəmlənməsi və Türk dünyasının aparıcı ali təhsil mərkəzlərindən birinə çevrilmək potensialı ilə bağlı zəmin formalaşdıırır. 

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Qarabağ Universitetinin yaradılması Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin mühüm nəticələrindən biridir.

Onun sözlərinə görə, Qarabağ Universiteti bütün Azərbaycan xalqının uğurudur:

“44 günlük Vətən müharibəsindən bizə Zəfər mirası kimi qalan ən böyük uğurlardan biri də Qarabağ Universitetinin yaradılması oldu. Bu, Ali Baş Komandanın, Qarabağ fatehinin Azərbaycan xalqına təqdim etdiyi ən mühüm töhfələrdən biridir. Belə bir ali təhsil müəssisəsinin yaradılması şərəfli və qalib tariximizi gələcək nəsillərə daşıyacaq mühüm addımdır”.

Komitə sədri qeyd edib ki, Qarabağ Universiteti fəaliyyətə başladığı gündən cəmiyyətin diqqət mərkəzindədir:

“Qarabağ Universiteti yarandığı gündən öz uğurları ilə hamının diqqətini cəlb edir. Ona görə də qalib Azərbaycanın qalib abituriyentləri üçün bu universitetdə təhsil almaq böyük qürur və fəxr mənbəyidir. Onlar bu universiteti seçirlər və burada təhsil alırlar”.

A.İsgəndərov onu da nəzərə çatdırıb ki, gələcəkdə Qarabağ Universiteti təkcə Azərbaycanı təmsil edən deyil, bütövlükdə bütün Türk dünyasını birləşdirən elm mərkəzlərindən birinə çevriləcək:

“Mən əminəm ki, bu universitet gələcəkdə yalnız Azərbaycanı təmsil edən ali məktəb olmayacaq. Qarabağ Universiteti Türk dünyasını birləşdirə biləcək nüfuzlu elm ocaqlarından biri kimi tanınacaq. Yaxın illərdə xarici tələbələrin və əcnəbi vətəndaşların Qarabağ Universitetinə üz tutması da təəccüblü olmayacaq. İlk addımların Türk Dövlətləri Birliyinə üzv ölkələrdən gələcəyinə inanıram. Azərbaycan da, Qarabağ Universiteti də həmin tələbələri qəbul etməyə hazırdır”.

Deputat həmçinin vurğulayıb ki, Qarabağın tarixi həqiqətlərinin gələcək nəsillərə çatdırılmasında universitetin xüsusi rolu olacaq:

“Qarabağın şərəfli tarixi bu gün hamıya gün kimi aydındır. Erməni iddiaları, erməni böhtanları və erməni məğlubiyyəti fonunda Azərbaycanın həqiqətləri bütün dünyaya məlumdur. Bu həqiqətlərin başında isə Qarabağın tarixi Azərbaycan torpağı olması dayanır. Qarabağ Universitetinə gələn tələbələri bu tarixlə tanış etmək, onları məlumatlandırmaq Azərbaycan gənclərinin və tələbələrinin ən mühüm vəzifələrindən biri olacaq”.

A.İsgəndərov onu da əlavə edib ki, Milli Məclisin Elm və təhsil komitəsinin Qarabağ Universiteti ilə sıx əməkdaşlığı mövcuddur:

“Elm və təhsil komitəsinin sədri olaraq Qarabağ Universiteti ilə çox yüksək və səmimi münasibətlərimiz var. Universitetin rektoru Şahin müəllimlə vaxtaşırı görüşlərimiz, telefon danışıqlarımız olur. Bütün bunlar bir məqsədə xidmət edir - Qarabağda qazandığımız qələbələrin əks-sədası bütün dünyaya çatsın və Qarabağ Universiteti də bu uğurların təbliğində ön sırada yer alsın”, - deyə o fikrini tamamlayıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 İyul 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri