Icma.az
close
up
RU
Türk dünyasının birgə universiteti YARADILIR

Türk dünyasının birgə universiteti YARADILIR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türk dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır. Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Budapeştə keçirilən sammit zamanı danışıb. O, bununla türk dövlətlərinin elm sahəsində daha da yaxınlaşacağını vurğulayıb.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatlarına (TDT) üzv ölkələrdə müxtəlif birgə universitetlər olsa da, vahid universitet yoxdur. Ölkələr təhsil sahəsində əməkdaşlıq edir və yeni birgə universitetin yaradılması bu əməkdaşlığı daha da dərinləşdirə bilər.

"Mirziyoyevin təklifi əhəmiyyətli təşəbbüsdür"

Modern.az Mirziyoyevin təklifi ilə əlaqədar Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə həmsöhbət olub.

Deputat Elçin Mirzəbəyli Şavkat Mirziyoyevin təklifini əhəmiyyətli təşəbbüs hesab edir.

"İdeya reallaşdığı halda bütövlükdə təhsil sahəsində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında əlaqələrin genişləndirilməsinə, inteqrasiya prosesinə mühüm töhfə verə bilər. Mənim baxış bucağımdan belə bir universitetin formalaşması üçün vahid mərkəzin seçilməsi düzgün olmazdı. Faktiki olaraq vahid bir universitet və onun ayrı-ayrı fakültələri Türk dövlətlərinə üzv olan və yaxud müşahidəçi ölkələrdə olsa, qənaətimə görə daha doğru olar. Bu, prosesə ümumilikdə təkan verə bilər. Hər bir dövlətdə konkret bir sahə daha yaxşı inkişaf edib. Məsələn Azərbaycanda neft,enerji, yaşıl enerji ilə, Özbəkistanda  pambıqçılıqla bağlı ixtisaslar ola bilər. Türk Universitetinin ayrı-ayrı fakultələri bütün türk dünyasına səpələnərsə, bu, o zaman daha çox inteqrasiya prosesinə öz töhfəsini verə bilər".

"Bu gün türk dövlətləri təhsil sahəsində də fəal əməkdaşlıq edirlər".

Elm və təhsil komitəsinin digər bir üzvü Samir Vəliyev isə söyləyib ki, türk dövlətləri ikitərəfli qaydada elm və təhsil sahəsində əməkdşalıq edirlər:

"O cümlədən, Azərbaycanın da digər türk ölkələri ilə bu sahədə geniş əlaqələri mövcuddur. Həm müvafiq dövlət qurumlarımız, həm də ali məktəblərimiz qarşılıqlı əməkdaşlıq edir. 
Türk birliyini gücləndirmək, bunun əhəmiyyətini gənclərə aşılamaq üçün orta və ali məktəb dərsliklərində türk xalqlarının tarixinə geniş yer verilməlidir. Bu baxımdan, Özbəkistan Prezidentinin təklifi çox əhəmiyyətlidir".

"Belə bir universitetin yaradılması, bütün türk ölkələrindən tələbələrin bir yerdə təhsil alması elm və təhsil sahəsində təcrübə mübadiləsi ilə yanaşı, ortaq tariximizin öyrənilməsi və türk birliyinin daha da güclənməsi nöqteyi-nəzərindən önəmlidir. Çünki həmin universitetdə təhsil alan gənclər sabah öz ölkələrində peşəkar kadrlar kimi çalışacaqlar. Bu da gələcəkdə birliyimizin daha da güclənməsinə öz töhfəsini verəcək”,-deyə Samir Vəliyev vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 May 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri