Icma.az
close
up
RU
Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilib YENİLƏNİB

Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilib YENİLƏNİB

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xankəndi, 13 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Oktyabrın 13-də Xankəndidə, Qarabağ Universitetində Qarabağda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” günü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mənəvi dəyərlər” həftəsi çərçivəsində keçirilən tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Mənəvi dəyərlər” gününün məhz Qarabağ Universitetində keçirilməsinin rəmzi və strateji önəm daşıdığını bildirib. Gənclərin milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik prinsipləri əsasında yetişdirilməsinin universitetin qarşısına əsas vəzifə kimi qoyulduğunu vurğulayıb. Bu cür layihələrin gənc nəslin milli kimlik şüurunun möhkəmləndirilməsinə, ailə dəyərlərinin, tarixi irsimizin, o cümlədən Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və mənəvi irsinin təbliğinə töhfə verdiyini qeyd edib. Rektor bu qəbildən olan tədbirlərin ardıcıl xarakter daşımasının vacibliyini bildirərək, “Mənəvi dəyərlər” həftəsi çərçivəsində reallaşan əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyinə inamını ifadə edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Zəfərimizin 5 illiyi münasibəti ilə “Mənəvi dəyərlər” həftəsinin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, “Böyük Qayıdış” proqramı haqqında ətraflı məlumat verən E.Yusubov bildirib ki, bu gün Qarabağda və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə təkcə dağıdılmış infrastruktur deyil, insanların qəlbindəki inanc, mərhəmət və birlik də bərpa edilir. Mədəni və mənəvi irsimizin qorunmasına istiqamətlənmiş dövlət siyasəti çərçivəsində Qarabağda məscidlər, kilsələr, ziyarətgahlar, mərkəzlər və təhsil ocaqları bərpa olunur, yenidən qurulur. Elçin Yusubov qeyd edib ki, Qarabağda mənəvi dəyərlərin dirçəlişi bütövlükdə Azərbaycanın dirçəlişidir. Bu dəyərləri yaşatmaq tarix və gələcək nəsillər qarşısında borcumuzdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin sosial-iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi məzmunu olduğunu bildirib. Bu prosesin xalqımızın onilliklər ərzində qırılmış qürurunun bərpası olduğunu qeyd edən Komitə sədri deyib ki, Qarabağ Universitetinin yaradılması tarixin yeni dövrünün işarəsidir. Azərbaycan xalqı 30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqları təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzinə çevirir. Qəhrəmanlarımızın uğrunda canlarından keçdiyi ideyaların yeni təhsil ocaqları, mədəniyyət nümunələrinin yaradılması ilə əbədiləşdirildiyini bildirən Ramin Məmmədov vurğulayıb ki, elm və mənəviyyat yenidənqurmanın iki əsas sütunudur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyindəki qurumların da əsas məqsədi milli həmrəyliyi, dini dözümlülüyü və mənəvi dəyərləri qorumaq, inkişaf etdirmək, gənclərin düşüncəsində bu dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışında Qarabağın elmi, dini-mənəvi irsinin qorunması və yeni nəslə aşılanmasının vacibliyini qeyd edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun öz fəaliyyətlərində bu məqama xüsusi diqqət yetirdiyini bildirib. Mənəvi Dəyərlərin Təbliği Fondunun İnstitutun yüksək elmi göstəriciləri olan tələbələri üçün ayırdığı mükafatlardan ikisinin məhz Qarabağın elmi-mənəvi tarixi ilə bağlı olduğunu vurğulayıb. A.Şirinov, həmçinin Qarabağ Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilib.

Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Əzizağa Nəcəfov “Qarabağın təhsil tarixi və Qarabağ Universiteti təhsilimizin yeni mərhələsi kimi” mövzusunda çıxış edib. O, Qarabağda təhsilin tarixi köklərindən, işğal dövründə itirilən mənəvi və elmi potensialdan, eyni zamanda, Qarabağ Universitetinin bu boşluğu doldurmaqda oynadığı roldan danışıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov isə “Mənəvi dəyərlər: fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları” mövzusunda mühazirə ilə çıxış edib. Məruzədə fərdi inkişafda mənəvi prinsiplərin rolu və onların cəmiyyət həyatında təsirləri təhlil olunub.

Tədbir tələbələr və müəllimlərin iştirakı ilə bədii proqramla davam edib. Konsertdə Azərbaycan musiqi mədəniyyətinin klassik və xalq irsini əhatə edən ifalarla yanaşı, dünya musiqi nümunələrindən də parçalar səsləndirilib.

Sonra Xocalı rayonunun Ballıca kəndi ərazisində ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutan “Mənəvi dəyərlər həftəsi" layihəsinin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.

10:44

44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər həftəsi" çərçivəsində Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qarabağ Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərinin mühazirələri dinləniləcək. Tədbir çərçivəsində Xocalı rayonunun Ballıca kəndində Azərbaycan İlahiyyat İnstitutu və Qarabağ Universitetinin tələbələrinin birgə iştirakı ilə ağacəkmə aksiyası təşkil ediləcək.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutan “Mənəvi dəyərlər həftəsi" layihəsinin məqsədi gənclərin milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see749

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see180

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see179

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see173

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see131

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri